Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Araşdırma / Səhiyyə Nazirliyi Xırdalanda doğuş vaxtı baş vermiş ölüm faktı barədə

Səhiyyə Nazirliyi Xırdalanda doğuş vaxtı baş vermiş ölüm faktı barədə

Səhiyyə Nazirliyi Abşeron Rayon Mərkəzi Xəstəxanasında doğuş zamanı baş vermiş ölümün səbəbini açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Masazır qəsəbə sakini 22 yaşlı Aytac Tapdıqova xəstəxanaya gətirilərkən 8 aylıq hamilə olub: “O, xəstəxanaya güclü qanaxma ilə daxil olub. Döl ölü olub. Hazırda Aytac Tapdıqovanın vəziyyəti ağırdır, süni ventilyasiya aparatındadır”.

Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova isə “Report”a açıqlamasında bildirib ki, ciftin 3-də iki hissəsi cırıldığı üçün döl daxildə ölüb: “Aytac Tapdıqova ciftin vaxtından əvvəl ayrılması nəticəsində ölü döl və ağır formalı qanaxma ilə xəstəxanaya daxil olub. Həkimlər ilkin yardım göstəriblər və hazırda da bu proses davam edir. O, qadın məsləhətxanasının qeydiyyatında olub”.

*   *   *11:01

Abşeronda xəstəxanada doğuş zamanı əkizlər ölüb, ana komaya düşüb.

“Report” xəbər verir ki, hadisə Xırdalan şəhərində yerləşən Abşeron Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Belə ki, xəstəxananın doğum şöbəsində Aytac adlı qadın qeysəriyyə yolu ilə doğuş edən zaman əkizlər dünyasını dəyişib. Nəticədə qadın komaya düşüb.

Dünyasını dəyişən əkizlər Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.x

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …