Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Səfər Əbiyevin sarımsaq “əməliyyatı” – İDDİA

Səfər Əbiyevin sarımsaq “əməliyyatı” – İDDİA

Azərbaycanın sabiq müdafiə naziri Səfər Əbiyevin rəhbəri olduğu qurumda ciddi korrupsiya əməlləri ilə məşğul olduğu sirr deyil. Uzun illər bununla bağlı çeşidli məlumatlar yayılsa da, bununla bağlı heç bir tədbir görülməyib. Sabiq nazir postundan gedəndən sonra onun hətta bu səbəbdən ölkədən qaçdığı, hətta Çexiya vətəndaşlığı aldığı da iddia olunurdu.

Bu günlərdə isə sözgedən şəxsin Müdafiə Nazirliyində həyata keçirdiyi tender oyunlardan daha birinin üstü açılıb. JAMAZ.İNFO xəbər verir ki, tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənlinin yaydığı məlumata görə, Səfər Əbiyev təkcə, 2010-cu ildə dövlət satınalmaları üzrə 6 dəfə sarımsaq tenderi keçirib. Onun yazdığına görə, bu məqsədlə həmin il toplam 621 min 300 manat vəsait “xərclənilib”.

Həmin məlumatda deyilir ki, 2010-cu ildə Müdafiə Nazirliyi üçün alınan sarmısağın 159.5 min manatlıq hissəsini Bakı zonası “Sünbül” KFT şirkəti həyata keçirib. Gəncə zonası üzrə “Zəhmət” MMC –nin adına reallaşmış tenderin qiyməti isə 208 min manat olub. Beyləqan zonası üzrə “Bostançı KFT” MMC-nin reallaşdırdığı tenderdə isə 105 min manatlıq sarmısaq alındığı qeyd edilir.

Lakin Səfər Əbiyev bununla da kifayətlənməyib. Cavanşir Həsənlinin bildirdiyinə görə, “İlqar-06” MMC Masallı zonası üzrə sarmısaq tenderinin “qalibi” elan edilib və bu məqsədlə 13.2 min manat pul “xərcləyib”. “Araz-MS” MMC isə Qusar zonası üzrə tenderin “qalibi” olub ki, bu məqsədlə də 8800 manat pulun “sərf” edildiyi vurğulanır. Bununla yanaşı, keçmiş nazirin rəhbəri olduğu qurum sarmısaq almaq üçün həmin il “MÜDÜR” KFT MMC, “Tural KFT”, “İlqar-06”, “XəZər” MMC şirkətləri ilə də müqavilə bağlayıb və bu məqsədlə 126,8 min manat pulun axırına çıxıb.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …