Ana səhifə / Araşdırma / Səxavət adlı azərbaycanlı “detdom” uşaqlarını qəzaya saldı: 3 ölü, 10 yaralı – (Fotolar)

Səxavət adlı azərbaycanlı “detdom” uşaqlarını qəzaya saldı: 3 ölü, 10 yaralı – (Fotolar)

Rusiyanın Leninqrad vilayətinin Boksitoqorsk rayonunda bu gün aprelin 11-də səhər saatlarında azərbaycanlı sürücü dəhşətli qəza törədib.

Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, 42 yaşlı Azərbaycan vətəndaşı Səxavət M. tərəfindən idarə olunan “Mersedes Sprinter” markalı mikroavtobusun TIR-la toqquşması nəticəsində sürücü də daxil olmaqla 3 nəfər ölüb, 10 nəfər ağır yaralanıb.

Xəbərlərə görə mikroavtobus uşaq evinin sakinlərini idman düşərgəsindən gətirərkən qəzaya düşüb. Ölənlərin ikisi 1999 və 1998-ci ildə anadan olmuş iki yeniyetmədir. Qəzaya səbəb sürücünün ikinci dərəcəli yoldan baş yola çıxarkən qaydanı pozması olub. Mikroavtobus sürətlə hərəkət edən TIR-la toqquşub. Toqquşmadan mikroavtobus aşıb, TIR isə yolun kənarına çıxıb.

Yaralılardan 9-u uşaq evinin sakinləri, 1-i isə uşaq evinin nümayəndə heyətini müşaiyət edən işçidir. Yaralıları hadisə yerindən Peterburq şəhər xəstəxanasına daşımaq üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən iki  xüsusi vertolyot ayrılıb. Qəzada yaralanan səkkiz yeniyetmənin vertolyotlarla xəstəxanaya daşındığı bildirilir. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın