Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / “Şərurlu İsfəndiyar”a 2,7 min manat “atıb”lar

“Şərurlu İsfəndiyar”a 2,7 min manat “atıb”lar

İsfəndiyar Axundov: “Mən belə şeylərdən danışmaq istəmirəm”

 
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1984-cü il təvəllüdlü Araz Eyvazovun cinayət işi üzrə prosesi keçirilir. A.Eyvazov külli miqdarda ziyan vurmaqla dələduzluqda ittiham olunur. 
Onun qurbanları sırasında məşhur iş adamı, “Şərur-İnşaat” şirkətinin rəhbəri İsfəndiyar Axundov da var.
Redaksiyamıza daxil olan məlumata görə İ.Axundovun qardaşı oğlu Eldəniz Axundov 2012-ci ildə ondan iş qurmaq üçün borc alıb. E.Axundov isə həmin məbləği hazırda məhkəmə qarşısına çıxarılan Araz Eyvazova verib. Lakin vəd oluunan iş görülməyib. İş üzrə zərərçəkən qismində Şərur Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Rəfail Rəsulovun oğlu Orxan Rəsulovun da adı keçir.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən son  prosesdə zərərçəkən Eldəniz Axundov ifadə verib. Report.az-ın məlumatına görə E.Axundov ifadəsində ona dəyən ziyanın ödənilməsini istəyib:  “Araz xaricdən Azərbaycana mallar gətirirdi. Arazla iş qurmaq üçün ona 2 milyon 700 min dollar nəğd pul vermişəm. Məhkəmədən bu məbləğin mənə ödənilməsinin təmin edilməsini istəyirəm”. Prosesdə digər zərərçəkən – Şərur Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Rəfail Rəsulovun oğlu Orxan Rəsulov da iştirak edib. Hakim ondan təqsirləndirilən Araz Eyvazova verdiyi 370 min dollar pulun sənədlərini gətirib-gətirmədiyini soruşub. O.Rəsulov isə sənədləri gətirmədiyini deyib. Məhkəmənin növbəti iclası oktyabrın 7-nə təyin edilib. İttiham aktına görə A.Eyvazov 2012-ci ildə hazırda iş üzrə adları zərərçəkən kimi keçən şəxslərdən iş qurmaq adı ilə bir neçə milyon manat alıb. Lakin vədini yerinə yetirməyib və aldığı pulları da geri qaytarmayıb.  Məsələ ilə bağlı 1 il ibtidai istintaq aparılıb və məhkəməyə göndərilib. Sonradan ittiham aktından olan qüsurlara görə iş geri qaytarılıb və qüsurlar aradan qaldırılaraq yenidən məhkəməyə göndərilib.
“Yeni Müsavat” əməkdaşı “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovla əlaqə saxlayaraq ondan baş verənlərə münasibət öyrənib. İ.Axundov deyib ki, qardaşı oğlu ilə aralarında olan münasibətlərə, ona borc verib-verməməsinə aydınlıq gətirmək istəmir: “Mən belə şeylərdən danışmaq istəmirəm. Məhkəməyə verib, görək axırı nə olur”.
Qeyd edək ki, A.Eyvazov Cinayət Məcəlləsinin 178.3.2  – dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə maddəsi ilə ittiham olunur.

 

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın