Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Sərkisyanın dəhşətli cinayəti bilib gizlətdiyi üzə çıxdı

Sərkisyanın dəhşətli cinayəti bilib gizlətdiyi üzə çıxdı

Ermənistanın keçmiş baş naziri, “Respublika” partiyasının rəhbəri Aram Sərkisyan 1in.am kanalına müsahibəsində sensasion məqam açıqlayıb.

Virtualaz.org xəbər verir ki, Aram Sərkisyan Ermənistan parlamentində 1999-cu il oktyabrın 27-də törədilmiş qırğının sifarişçisinin kim olduğunu prezident Serj Sərkisyanın bildiyini deyib.

“Bir dəfə mən ondan bu haqda soruşdum. Sərkisyan mənə etiraf etdi ki, bu, təşkil olunmuş cinayət idi və günlərin birində təşkilatçının kim olduğunu mənə danışacaq. Qoy o indi bunu açıqlasın, mən cavab gözləyirəm”-Aram Sərkisyan bildirib.

Aram Sərkisyanın bu açıqlamasından sonra Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts Baş prokurorluğa ərizə verərək Sərkisyanın cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib. A.Sakunts ərizəsində yazıb ki, Sərkisyanın bu cür dövləti cinayəti bilib gizlətdiyi üzə çıxır. “Bu, yeni məqamdır və Baş prokurorluq, Milli Təhlükəsizlik Xidməti 27 oktyabr hadisəsi ilə bağlı araşdırmalara yenidən başlamalı, Sərkisyanın ifadəsi alınmalıdır”-hüquq müdafiəçisi bildirib. Habelə o, parlamentin xüsusi iclasını çağırmağı və Sərkisyanın orada izahat verməsini tələb edib.

1999-cu il oktyabrın 27-də Nairi Unanyan adlı erməni Ermənistan parlamentinin binasına daxil olaraq baş nazir Vazgen Sərkisyanı, spiker Karen Dəmirçiyanı və digər dövlət adamlarını güllələyib. Bu hadisə Dağlıq Qarabağ münaqişəsinə dair Ermənistanla Azərbaycan arasında aparılan danışıqlarda tərəflərin razılaşmaya xeyli yaxın olduğu bir vaxtda törədilmişdi. Ermənistan parlamentindəki gülləbarandan sonra danışıqlar bir müddət dayandı, razılaşma baş tutmadı.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın