Ana səhifə / Araşdırma / Sənədsiz evlərin taleyi necə olacaq? – NAZİR DANIŞDI

Sənədsiz evlərin taleyi necə olacaq? – NAZİR DANIŞDI

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin zəlzələ bölgəsinə səfərləri zamanı xeyli vətəndaş məktubla ölkə başçısına müraciət etdilər. Məktubların 30 faizi zəlzələnin yaratdığı fəsadlar, evlərin bərpası, kupçanın olmaması ilə bağlı olub”. 

Azinforum.az – ın REAL-a istinadla verdiyi məlumata görə, bunu “Çoxmənzilli binaların istismarına icazənin verilməsinin sadələşdirilməsi haqqında” fərmanın icrası ilə bağlı keçirilən müşavirədə fövqəladə hallar naziri, general-polkovnik Kəmallədin Heydərov deyib.
Nazir qeyd edib ki, fərmanda öz əksini tapmış qərarların icrası qısa müddətdə təmin ediləcək: “Biz rayonlarda vətəndaş qəbulu keçiririk. Belə görüşlər zamanı məlum olur ki, məsələn, vətəndaş 60 ildir bir evdə yaşayır, lakin onun çıxarışı yoxdur. Ərazi zəbt olunub, ya vətəndaş özü tənbəllik edib, niyə mülkiyyət hüququ haqqında şəhadətnamə almayıb, bütün səbəblər araşdırılmalıdır”.

Həmçinin oxuyun

DYP RƏİSİ ŞİRKƏTLƏRDƏN “HAQQ” TƏLƏB EDİR! – Avtobusları cərimə meydançasına doldurub + FOTOLAR

B Yasamal rayon Dövlət Yol Polisi Şöbəsinə yenicə rəis təyin edilmiş Məmməd Əliyev sərnişindaşıma şirkətlərini …