Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Səidə Qocamanlı: “Dəqiq məlumatdır ki, Novruzda əfv olacaq”

Səidə Qocamanlı: “Dəqiq məlumatdır ki, Novruzda əfv olacaq”

Əfv Komissiyası hazırlıqlarını sürətləndirib; Səidə Qocamanlı: “Mane olmaq istəyənlərə üzümü tutub deyirəm ki…”

Novruz bayramında əfv veriləcəyi artıq dəqiqləşib. Azərbaycan hakimiyyətinin mart-aprel aylarında ölkədə iqtisadi və siyasi islahatlar həyata keçirəcəyi, veriləcək əfvin isə siyasi islahatların tərkib hissəsi olacağı vurğulanır.

Bəzi siyasi məhbusların da bu əfvlə azadlığa buraxılacaqları barədə xəbərlər dolaşır. REAL sədri İlqar Məmmədov, NİDA-çı gənclər-İlkin Rüstəmzadə, Əbdül Əbilov, AXCP-dən Seymur Həzi, Məmməd İbrahim və Elvin Abdullayevin əfvə düşəcəyi bildirilir. Maraqlıdır ki, sabiq səhiyyə naziri Əli İnsanovun da adı bu sırada çəkilir. Amma məsələ ondadır ki, sabiq nazirin əvvəlki 11 illik cəzası ötən ilin oktyabrında başa çatıb, o hazırda həbs qətimkan tədbiri qərarı ilə barəsində açılmış digər cinayət işi üzrə təqsirləndirilən şəxs qismində saxlanılır.

Yəni barəsində məhkəmə hökmü olmadığından onun əfvə düşməsi mümkünsüzdür…

 

İ.Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova yayılan xəbərlərlə bağlı bunları dedi: “Fevralın 17-də İlqarla telefonla danışdıq. Əhvalı yaxşıdır. Ötən həftə AŞPA-nın hüquqi məsələlər və insan hüquqları komitəsinin məruzəçisi Alan Destekslə cəzaçəkmə müəssisəsində görüşüb. Desteks İlqarla xeyli söhbət edib, onun qaldığı şəraitlə maraqlanıb. Novruzda əfv olacağı çox yaxşı haldır. Ümid edirik ki, olar və bir çox məhbus azadlığa çıxar, eləcə də, siyasi məhbuslar. Artıq 4 ildir ki, eyni sualı eşidirəm və hər dəfə də eyni cavabı verirəm. Əfv olsun, kimlərin azadlığa çıxdığını o zaman görəcəyik”.

Image result for Rəşad Məcid musavat.com

Əfv Komissiyasında artıq əfv hazırlıqları sürətlənib. Qurumun fevralın 16-da iclası keçirilib. Bu barədə mətbuata Prezident yanında əfv Komissiyasının üzvü Rəşad Məcid məlumat verib. Onun sözlərinə görə, quruma 800-dən artıq müraciət daxil olub və iclasın ilk günündə 150-nə baxılıb: “Komissiyanın iclası davam edəcək. Yaxın həftələrdə bütün müraciətlərə baxılacaq. Güman edirik ki, prezident İlham Əliyev Novruz bayramı ərəfəsində əfv fərmanı imzalayacaq”.

Hüquq müdafiəçisi Səidə Qocamanlı da martda əfvin olacağını təsdiqlədi: “Birmənalı şəkildə deyirəm, mütləq əfv olacaq. Artıq bu barədə məlumatlar həm sizdə, həm də bizdə var. Ya Yeni il, ya da Novruz bayramı ərəfəsində əfvin verilməsi artıq ənənəyə çevrilib. Bu artıq dəqiq məlumatdır ki, Novruzda əfv olacaq. Cəmiyyəti əsas düşündürən məsələ odur ki, kimlər əfvə düşəcək. Hər kim əfvə düşsə, onlar Azərbaycan vətəndaşlarıdır. Hər birinin ailələrinə qayıtmaları alqışlanmalıdır. Hüquq müdafiəçisi kimi bizləri narahat edən məsələlərdən biri də odur ki, siyahımızda olan 27 nəfərə də əfv şamil olunsun. İlqar Məmmədovun adı çəkilir, biz də çox ümid edirik ki, o azadlığa buraxılacaq. 27 nəfərlik siyahımızı lazımı qurumlara təqdim etmişik. Bunlar kimlərdir? İlk növbədə bloggerlər, jurnalistlər, gənc fəallar, İlqar Məmmədov, səhhəti ağır olanlardır. Siyahımızda 6-7 nəfər məhbus var ki, cəzalarının böyük hissəsini çəkiblər. Artıq imkan var ki, azadlığa çıxsınlar. Əli İnsanovun da adı orada var. Bu şəxslərə əfvin şamil olunacağını indidən deyə bilmərik. Bu, birbaşa prezidentin səlahiyyətindədir. Cənab prezident humanist insandır. İnanıram ki, siyahımızda olanlar azad olunacaqlar, bizlər də sevinəcəyik. Biz də onların ailələri kimi iztirab çəkirik”.

Hüquq müdafiəçisi marta qədər kənar təsirlərin olmayacağı halda əfv siyahısının geniş olacağını da qeyd etdi: “Dəfələrlə olub ki, əfv siyahıları hazırlanıb, bizi narahat edən şəxslərin adları orada olub, amma beynəlxalq təşkilatlar, ölkə daxilində olan bəzi şəxslər tərəfindən elə addımlar atılıb, müsahibələr verilib ki, azadlığa çıxma prosesinə stop qoyulmasına səbəb olub. Bu prosesə mane olmaq istəyənlərə indidən üzümü tutub deyirəm ki, siz azadlıqda olduğunuzu unutmayın. Heç olmasa, məhbus həyatı yaşayanların ailələrini düşünün. Onların taleləri ilə alver etmək olmaz. Palaz-palaz siyahılarla Avropanı gəzib Azərbaycanı biabır etməyə çalışırlar. Ola bilər ki, sizlər öz adınıza nələrsə qazanırsınız, amma məhbus ailələri itirirlər. Heç olmasa bir dəfə insafınız olsun, insan kimi o ailələri düşünün. Kənardan Azərbaycanı söyməklə heç nəyə nail olmaq mümkün deyil. Sonunda bu şəxslər artıq bunu anlamalıdırlar”.

İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu cebhe.info-ya açıqlamasında deyib ki, bütün siyasi məhbusların adı əfv siyahısına salınıb: “Əli İnsanov, İlqar Məmmədov və digər siyasi məhbusların adı əfv siyahısına salınıb. Biz gözləyirik ki, əfv Novruz bayramı ərəfəsində reallaşacaq”.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın