Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / “Şəhriyar” şadlıq sarayının və “Qarabağ Broyler” MMC-nin sahibinə hökm oxundu

“Şəhriyar” şadlıq sarayının və “Qarabağ Broyler” MMC-nin sahibinə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik alveri və odlu silah saxlamaqda təqsirləndirilən iş adamı Nəriman Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Mirzə Xankişiyev sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, N.Əliyev 1 il müddətinə azadlıqdan məhrum edilib.

Buna da bax: Bakıda polis polkovnikinin sifarişi ilə biznesmenin sarayının yandırılması anı – NADİR VİDEO

Qeyd edək ki, N.Əliyev Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələrinə əsasən ittiham olunub. O, Bakıxanov qəsəbəsində yerləşən “Şəhriyar” şadlıq evinin və “Qarabağ Broyler” MMC-nin sahibidir.

Buna da bax: Bakıda silahla tutulan iş adamının oğlu qəfil öldü – 9 gün sonra toyu idi

Yeri gəlmişkən qeyd edək ki, N.Əliyevin həbsindən bir müddət sonra onun 20 yaşlı gənc oğlu Asim Əliyev qəfildən dünyasını dəyişmişdi. Belə ki, qardaşı Şəhriyar Əliyev ilə birlikdə 10 SL 222 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən qəfildən halı pisləşən gənc qardaşından avtomobili saxlamasını xahiş edib. O, körpünün üzərində dayanarkən yıxılıb. A.Əliyev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin dediyinə görə, A.Əliyev infarkt keçirib. Ötən il dekabr ayının 10-da A.Əliyevin toy məclisi olacaqmış.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın