Çərşənbə axşamı , Sentyabr 22 2020
Ana səhifə / Araşdırma / SƏHİYYƏDƏ DƏRMAN ALIŞI TENDERİ: 9 milyona yaxın pul ayrılacaq şirkətlər kimlərindir?

SƏHİYYƏDƏ DƏRMAN ALIŞI TENDERİ: 9 milyona yaxın pul ayrılacaq şirkətlər kimlərindir?

“İnnovasiya və Təchizat Mərkəzi” Publik Hüquqi Şəxsi müalicə-profilaktika müəssisələrinin təminatı üçün zəruri olan, bəzi dövlət və tədbirlər proqramlarında istifadə olunan dərman vasitələrinin satınalınması (1), eləcə də tibbi təyinatlı vasitələrin satınalınması (2 və 3) ilə bağlı elan etdiyi üç açıq tenderə yekun vurub.

Azinforum.az “Report”a istinadla xəbər verir ki, vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibləri “Zeytun Pharmaceutikals” “FUAD-KİMYA SERVİS” MMC və “M-Complex” MMC-lərdir.

Qalib şirkətlərə müvafiq olaraq 5 mln 207,8 min manat, 1 mln 687,2 min manat və 1 mln 376,4 min manat, ümumilikdə isə 8 mln 582,2 min manat ödəniləcək.

Qeyd edək ki, “Zeytun Pharmaceutikals” MMC 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 600 manat, qanuni təmsilçisi isə Bəhruz Şirəliyev Əvəz oğludur.

 “FUAD-KİMYA SERVİS” və “M-Complex” MMC-lər isə müvafiq olaraq 2005-ci il və 2016-cı ildə dövlət qeydiyyatından keçiblər. Onların hər ikisinin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçiləri isə Bağır Bağırov Ağakərim oğlu və Ayaz Bağırov Eynulla oğludur.

Həmçinin oxuyun

“İçərişəhər” Qoruğunun 100 min manatlıq tenderini udan Teymur Ramizoviç kimdir?

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.Yeniavaz.com-un məlumatına görə, tender …