Cümə , Oktyabr 30 2020
Ana səhifə / Araşdırma / Şəhər meri və iki jurnalist güllələndi

Şəhər meri və iki jurnalist güllələndi

Ötən gecə Finlandiyanın Rusiya ilə sərhəddə yerləşən İmatra şəhərində şəhər meri və iki jurnalist güllələnərək öldürülüb.

APA-nın verdiyi məlumata görə, polisə şəhərdə yerləşən “Vuoksenvahti” restoranının qarşısında atəş açıldığını, 3 qadının öldürüldüyü barədə məlumat daxil olub.

Hadisə yerinə gələn polis əməkdaşlarına hadisənin şahidi olan insanlar 23 yaşlı gəncin atəş açdığını bildiriblər. Restoranın qarşısındakı avtomobildə olan gənc müqavimət göstərmədən polisə təslim olub.

Güllələnərək öldürülən 3 qadının şəxsiyyəti müəyyənləşdirilən zaman onlardan birinin İmatra şəhərinin meri, digər ikisinin isə jurnalist olduğu üzə çıxıb.

Həmçinin oxuyun

Qarabağ savaşı: 1 aylıq Vətən Müharibəsinin yaratdığı REALLIQLAR

Bu gün Vətən Müharibəsinin başlanmasından 1 ay ötür. Sentyabrın 27-dən etibarən Azərbaycan Ordusunun həyata keçirdiyi …

Bir cavab yazın