Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Səfirimizin arvadına cinayət işi açıldı – Rüşvətə görə

Səfirimizin arvadına cinayət işi açıldı – Rüşvətə görə

Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalovun həyat yoldaşı Nəzirə Zeynalovanın adı rüşvətdə hallanır.

“ Azinforum.az ” haqqın.az-a istinadən xəbər verir ki, səfirin xanımı sürücülük vəsiqəsi almaq üçün Yol Hərəkəti Təhlükəsizliyi İdarəsinin yerli müffətişliyinə heç bir izahat vermədən 500 avro rüşvət təklif edib. Latviyalı müffəttişlər isə səfir xanımının bu davranışından şikayətçi olublar və hazırda Zeynalovanın işi ilə ölkənin Korrupsiya əleyhinə Bürosu məşğul olur.

Müffətişlər İvas və Uldas haqqın.az-a açıqlamalarında bildiriblər ki, hələ də səfir xanımının bu davranışına təəccüb edirlər: “Biz dərhal Antikorrupsiya Bürosuna zəng etdik və Azərbaycan vətəndaşı saxlanıldı. Onu tezliklə buraxdılar, lakin onun işinə Büroda baxılacaq. Məsələ ilə bağlı Latviya XİN-i də məlumatlandırılıb”.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın