Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Səfir müavini Azərbaycanda saxta diplom almaq istədi

Səfir müavini Azərbaycanda saxta diplom almaq istədi

Azərbaycanda təmsil olunan xarici ölkə səfirinin müavini saxta diplom almaq üçün rüşvət verib.

“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, həmin şəxs Küveyt səfirinin müavini Faisal Almatairi olub.

Küveyt vətəndaşı, 1972-ci il təvəllüdlü F.Almatairi özü Polis Bölməsinə ərizə ilə müraciət edərək bu barədə məlumat verib.

O bildirib ki, 2015-ci ilin dekabr ayında Bakı Dövlət Universitetinin qarşısında tanışı ilə görüşərək ona pul verib. Səfir müavini deyib ki, Bakı Dövlət Universitetindən magistr dərəcəsi diplomu almaq üçün həmin tanışı, 1982-ci il təvəllüdlü Azad Əhmədova 2500 ABŞ dolları verib.

Lakin F.Almatairinin “diplom işi” alınmasa da, A.Əhmədov onun pulunu qaytarmayıb.

Müraciətlə bağlı Nəsimi RPİ-də araşdırma aparılır.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın