Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Səfər Əbiyevin müavininə ittiham: “Mehman Səlimov pulu cibinə qoymuşdu”

Səfər Əbiyevin müavininə ittiham: “Mehman Səlimov pulu cibinə qoymuşdu”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 1995-1999-cu illərdə müdafiə nazirinin müavini olmuş Mehman Səlimovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının prosesdə iştirak edən müxbirinin veridyi məlumata görə, prosesə hakim Zeynal Ağayev sədrlik edib.

Prosesdə şahid qismində 2011-ci ilə qədər Müdafiə Nazirliyinin (MN) Mənzil İstismar İdarəsinin layihə və smeta şöbəsinin müdiri, polkovnik-leytenant Zakir Niftəliyev ifadə verdi.

O, ifadəsində 2011-ci ildən istefada olduğunu, 2013-cü ildən MN-in əsaslı tikinti idarəsinin sədr müavini olduğunu göstərdi: “2013-cü ildə məni mühəndis kimi əsaslı tikinti idarəsinə çağırdılar. Mehman Səlimovla görüşdük. Hərbi şəhərcikdə tikinti ləng gedirdi. Halbuki 1 milyon manat avans ayrılmışdı.

Müqavilələr 2007-2008-ci illərdə bağlanmışdı. Mehman Səlimovun 1 milyon avans borcu var idi. Cox ləng iş aparılırdı. Tikintini ayrılan vəsaitlə başa çatdırmaq mümkün idi. Səlimovdan bu vəsaiti hara sərf etdiyini dəfələrlə soruşdum. Özü də yazılı və şifahi şəkildə. Dedi ki, köhnələr mənə işləməyə şərait yaratmadı, vaxt verin borcumu ödəyim.

Dövlətin onda 1 milyon manat vəsaiti qalmışdı. Çox pis işləyirdi. Vəsaiti alıb cibinə qoymuşdu. İş görmək üçün sərf erməmişdi”.

M.Səlimov bu ittihama belə cavab verdi: “Hara sərf etdiyimi dəfələrlə demişəm. O pullar obyektlərin təhvil verilməsi üçün xərclənib”.

Digər şahidlər Elnur Qurbanov, Anar Həsənov və Əzimxanov da dindirildilər. Onların şahid ifadələri zamanı layihə sənədlərinin hazırlanması ücün 40 min manat ödənildiyi göstərilib. Həmin vəsaitin 8 min manatı layihə rəhbəri Anar Həsənova verilib.

Qalan 32 min manata gəlincə isə M.Səlimov buna belə aydınlıq gətirdi:“Yerdə qalan məbləğ Azərbaycan reallığına uyğun olaraq rəsmiləşdirilməyib. Konkret kimə ödənildiyi göstərilməyib”.

Bununla da proses oktyabrın 2-dək təxirə salındı.

Qeyd edək ki, Mehman Səlimov ötən ilin noyabr ayında həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə – külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb və barəsində həbs-qətimkan tədbiri seçilib.

İttihama görə, 2006-cı ildən başlayaraq, M.Səlimovun sahibi olduğu MMC-də Müdafiə Nazirliyinin sifarişi əsasında aparılmış tikinti işlərində külli miqdarda mənimsəməyə yol verilib. Təqsirləndirilən şəxsə qarşı qanunsuz sahibkarlıq, mənimsəmə və digər maddələr üzrə ittiham irəli sürülüb.

Mehman Səlimov 1995-1999-cu illərdə müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini vəzifəsində işləyib.

Mehman Səlimovun işdən çıxarılmasının səbəbi kimi onun Baş Qərargah rəisi Nəcməddin Sadıqova qarşı mətbuatda səsləndirdiyi ittihamlar göstərilir. M.Səlimov 1999-cu ildə mətbuata verdiyi açıqlamalarda Nəcməddin Sadıqovun ünvanına kəskin ittihamlar səsləndirmişdi. O, baş qərargah rəisinin müdafiə naziri olmaq üçün səylər göstərdiyini, faktiki olaraq həmin vaxt müdafiə naziri olan Səfər Əbiyevə qarşı iş apardığını bildirmişdi. Bu açıqlamalardan sonra Mehman Səlimov tutduğu vəzifədən azad edilmişdi.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın