Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Araşdırma / Rza Zərrabı tutduran şəxs danışdı – İlk dəfə

Rza Zərrabı tutduran şəxs danışdı – İlk dəfə

Pulunuz və gücünüzün çox olmasının, yüksək dairələrlə bağlantı qurmağınızın bizim üçün heç bir fərqi yoxdur. Hər şey qanunla həll olunur.
Axar.az xəbər verir ki, bu sözləri azərbaycanlı milyarder Rza Zərrabı həbs etdirən Baş prokuror Prit Bahara Nyu York Jurnalistlər Birliyinin illik konfransının açılış mərasimində deyib. O, jurnalistlərlə söhbətində Rza Zərrab və Türkiyə haqda fikirlərini bölüşüb:
“Əgər qanunları pozurlarsa, biz də bununla bağlı tədbir görəcəyik. Rza Zərrab bir müddət əvvəl Türkiyədə həbs olunmuşdu. Ancaq bu məsələnin bizə aidiyyəti yoxdur. Zərrab bir neçə çox qarışıq səbəbdən dolayı Türkiyədə populyar imiş. Heç bilməzdik ki, onun həbsi bu qədər səs-küyə səbəb olar.
Rza Zərrabı həbs edəndə mənim Tvitterdə 8 min izləyicim var idi. 4 gün ərzində bu say 270 minə çatdı. Bu, Türkiyədə insanların sosial şəbəkələrə inandığının göstəricisidir”.
Xatırladaq ki, Rza Zərrabın İran hökuməti adından ölkəyə tətbiq olunan sanksiyalardan qaçmaq üçün qurduğu mexanizmin parçası olaraq yüz milyonlarla dollarlıq əməliyyatlar həyata keçirdiyi iddia olunur. O, bank sənədlərini saxtalaşdırmaqda, çirkli pul yumaqda suçlanır və bu ittihamlara görə onu 75 il həbs cəzası gözləyir.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın