Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Rza Zərrab girov qarşılığında azadlıq fikrindən vaz keçdi

Rza Zərrab girov qarşılığında azadlıq fikrindən vaz keçdi

ABŞ-da həbs olunan azərbaycanlı iş adamı Rza Zərrab Florida məhkəməsinə girov qarşılığında azadlığa buraxılması ilə bağlı etdiyi müraciətdən imtina edib.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Nyu-Yorkun cənub bölgəsi üzrə baş prokuroru Prit Bharar məlumat yayıb. Onun sözlərinə görə, Rza Zərrab məhkəmə prosesinin davamı üçün Nyu-Yorka aparılacaq.

Mayami məhkəməsi də Rza Zərrabın girov tələbindən imtinasını və Nyu-York bölgə məhkəməsinə aparılmaq istəyini qəbul edib.

Zərrabın girov qarşılığında azadlığa buraxılma tələbindən imtinası isə Amerika məhkəməsi ilə “iş birliyi etmək” planı kimi şərh olunur. Belə ki, Zərrab ittiham olunduğu qanun pozuntularını etiraf edərək “şəriklərini” açıqlayarsa, cəzası yüngülləşə bilər.

Qeyd edək ki, Rza Zərrab martın 19-da ABŞ-ın Mayami şəhərində ailəsi ilə birlikdə istirahətdə ikən polis tərəfindən saxlanılıb. Dörd müxtəlif qanun pozuntusunda ittiham olunan iş adamı üçün məhkəmədə 75 il həbs cəzası tələb olunub.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın