Cümə , Dekabr 4 2020
Ana səhifə / Araşdırma / Rza Zərrab davasında gözlənilməz səs yazısı – Yalanı ortaya çıxdı

Rza Zərrab davasında gözlənilməz səs yazısı – Yalanı ortaya çıxdı

ABŞ-da həbsdə olan iş adamı Rza Zərrab və “Halkbank”ın keçmiş icraçı direktoru Hakan Atillanın məhkəmə prosesində gözlənilməz hadisə baş verib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, R.Zərrabın 15 sentyabr 2016-cı ildə həbsxanada olduğu zaman dayısı Əhəd Xabbazla telefon danışığının səs yazısı məhkəmə prosesi zamanı təqdim edilib.

Zərrab telefon danışğında dayısına yalan danışmaq məcburiyyətində olduğunu bildirib:

“Əgər ABŞ-da həbs edilmisənsə, azadlığa çıxmaq üçün ya yalan danışmalısan, ya da etmədiyin cinayətləri boynuna almalısan. Günahını boynuna aldıqdan sonra azadsan. Məsələ bundan ibarətdir: azad olmaq. Baş verənləri udacaqsan”.

Hazırda məhkəmə prosesi davam etdirilir.

Qeyd edək ki, korrupsiya və “çirkli pulların yuyulması”nda ittiham edilərək 2016-cı ilin martında etibarən ABŞ-da həbsdə olan Zərrab, ötən həftə hakim qarşısında dindirildiyi zaman etiraflar etmişdi.

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …