Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Rüşvət aldığı yerdə həbs edilən baş həkim və köməkçisi hakim qarşısında

Rüşvət aldığı yerdə həbs edilən baş həkim və köməkçisi hakim qarşısında

Bakı şəhər Baş Səhiyyə İdarəsinin Şəhər Narkoloji Dispanserinin sabiq baş həkimi Hüseyn Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət alarkən həbs olunan sabiq baş həkimin cinayət işi üzrə məhkəmə prosesinə hakim Əfqan Hacıyev sədrlik edib.

Prosesdə Hüseyn Həsənovun anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, sabiq baş həkim heç vaxt ailə həyatı qurmayıb.

O da məlum olub ki, sabiq baş həkim tibb elmləri namizədi, dosentdir.

Digər təqdirləndirilən şəxs isə Mətanət Şamçıyevadır. O, dispanserdə tibb qeydiyyatçısı işləyib. Orta ixtisas təhsilli Şamçıyeva da ailə həyatı qurmayıb.

Mətanət Şamçıyeva da eyni maddə ilə təqdirli bilinir. Ancaq onun barəsində həbs qətimkan tədbiri seçilməyib. Onun barəsində polis nəzarərinə verilmə qətimkan tədbiri seçilib.

Hər iki şəxs ilk dəfədir məhkumluq həyatı yaşayırlar.

Təqsirləndirilən baş həkimin vəkili məhkəmədə vəsatətlə çıxış edərək müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyib. Vəkil H.Həsənov barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsini istəyib.

Vəkil bildirib ki, H.Həsənovun 80 yaşlı anası var. Yaşlı qadın oğlunun himayəsində olub və indi onun vəziyyəri ilə bağlı ciddi problemləri var, yataq xəstəsidir.

Sabiq baş həkim də bu vəsatətin təmin edilməsini istəyib.

Dövlət ittihamçısı vəsatətin təmin edilməməsini istəyib.

Məhkəmə müşavirədən sonra vəsatətin təmin edilmədiyini açıqlayıb. İş məhkəmə baxışına təyin edilib.

Məhkəmənin baxış iclası iyulun 4-nə təyin edilib.

Qeyd edək ki, Hüseyn Həsənovun 2017-ci ilin yanvar-fevral aylarında işlədiyi müəssisədə tibb qeydiyyatçısı işləyən Mətanət Şamçiyevanın vasitəsi ilə narkoloji xəstəliklə əlaqədar qeydiyyatda olub-olmamaları barədə arayışların verilməsi müqabilində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə olmaqla, ümumilikdə 3190 manat məbləğində pulu rüşvət kimi tələb edib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı baş həkim rüşvət alarkən həbs edilib.

H.Hüseynov və M.Şamçıyeva barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi açılıb.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın