Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Rüşvətə görə həbs edilən baş həkim və xanım köməkçisİ azadlığa çıxdı – FOTOLAR

Rüşvətə görə həbs edilən baş həkim və xanım köməkçisİ azadlığa çıxdı – FOTOLAR

Bakı şəhər Baş Səhiyyə İdarəsinin Şəhər Narkoloji Dispanserinin sabiq baş həkimi Hüseyn Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət alarkən həbs olunan sabiq baş həkimin cinayət işi üzrə məhkəmə prosesinə hakim Əfqan Hacıyev sədrlik edib.

Məhkəmədə sabiq baş həkimin vəkili müdafiə çıxış edib. O, müdafiə etdiyi şəxs barəsində bəraət hökmü çıxarılmasını istəyib.

Vəkil deyib ki, Hüseyn Həsənovun anası xəstədir. Məhkəmənin qərarı yaşlı qadının həyatını itirməsinə səbəb ola bilər: “Xahiş edirəm ki, ən azı anasına görə ədalətli qərar verilsin. İttihamları qəbul etmirik. Həmçinin bildirim ki, Mətanət Şamçıyeva kimlərinsə təzyiqi ilə Hüseyn Həsənova qarşı ifadə verib”.

Məhkəmədə Mətanət Şamçıyevanın vəkili də çıxış edib. O da müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Mətanət Şamçıyeva son sözündə barəsində bəraət hökmü çıxarılmasını isrəyib. Hüseyn Həsənov da son sözündə özünü təqsirli bilmədiyini deyib və ədalətli qərar çəxarılmasını istəyib.

Məhkəmə müşavirədən sonra hökmü elan edib.

Məhkəmənin hökmü ilə Hüseyn Həsənov 4 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə məhkəmə zalından azadlığa buraxılıb.

Həbsdə olmayan M.Şamçıyeva da 4 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində də şərti cəza təyin edilib. Bildirək ki, baş həkim məhkəmədə şantaj olunduğunu deyib. Ev dustaqlığında olan Mətanət Şamçıyeva ifadəsində rüşvəti baş həkimin göstərişi ilə aldığını söyləyib.

Qeyd edək ki, Hüseyn Həsənovun 2017-ci ilin yanvar-fevral aylarında işlədiyi müəssisədə tibb qeydiyyatçısı işləyən Mətanət Şamçiyevanın vasitəsi ilə narkoloji xəstəliklə əlaqədar qeydiyyatda olub-olmamaları barədə arayışların verilməsi müqabilində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə olmaqla, ümumilikdə 3190 manat məbləğində pulu rüşvət kimi tələb edib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı baş həkim rüşvət alarkən həbs edilib. H.Hüseynov və M.Şamçıyeva barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi açılıb.

 

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın