Bazar , Oktyabr 25 2020
Ana səhifə / Araşdırma / Rusiyadan toyuq əti idxalı məhdudlaşdırıldı – “quş qripi” təhlükəsi

Rusiyadan toyuq əti idxalı məhdudlaşdırıldı – “quş qripi” təhlükəsi

Yolçu Xanvəli: “Ölkəmizdə quş xəstəlikləri ilə əlaqədar sabitlikdir və önləyici tədbirlər həyata keçirilməkdədir”

Bu günlərdə “quş qripi” yenidən Rusiyaya geri dönüb. Belə ki, Beynəlxalq Epizootik Büro Rusiyanın Kursk, Penze, Samara bölgələrində yüksək patogen “quş qripi” aşkar edib. Bu səbəbdən Belarus və Qazaxıstan artıq Rusiyanın adıçəkilən ərazilərindən quş məhsullarının idxalını dayandırıb.

Azərbaycan da artıq Rusiyanın bəzi bölgələrindən quş əti məhsullarının idxalını dayandırıb. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli “Yeni Müsavat”a açıqlamasında bildirib:

“Bildiyiniz kimi iyun ayının 13-də heyvan sağlamlıq təşkilatında qeyd olundu ki, Rusiyanın Penze vilayətində ”quş qripi” aşkar edilib. Ayın 20-də isə Ümumdünya Heyvan Təşkilatı Rusiyanın digər vilayətlərində də «quş qripi»nin aşkar olduğu barədə məlumat yaymışdı. Bu məlumatlara istinad edərək Rusiyanın həmin ərazilərdən diri quş və quş  məhsullarının gətirilməsinə müvəqqəti məhdudiyyət tətbiq etmişik. Yəni həmin ərazilərdən quş ətinin gətirilməsi iş adamlarına məsləhət bilinmir.

Yolçu Xanvəli ile ilgili görsel sonucu

Eləcə də Moskva və Moskva ətrafı ərazilərdə bundan əvvəl “quş qripi” aşkar edilmişdi. Doğrudur məlumata görə artıq orada “quş qripi” xəstəliyi aradan qaldırılıb. Buna baxmayaraq hələ ki həmin ərazilərdən də quş əti məhsulları ölkəmizə gətirilmir”.

Qurum rəsmisi qeyd edib ki, bu yaxınlarda ölkəmizdə xəstəliklə əlaqədar olaraq monitorinq keçirilib:

“Bu zaman həm ev quşları, həm quşçuluq təsərrüfatı fermalarındakı, həm  də ölkəmizə miqrasiya edən köçəri quşlardan qan və patoloji materiallar götürüldü, ”quş qripi”nin növlərinə görə yoxlamalar aparıldı. Sevindirici haldır ki, həmin vaxtda ökəmizdə nə ev, nə də çöl quşları arasında bu xəstəlik aşkar edilmədi. Monitorinq nəticələrinə istinad  edərək bildiririk ki, ölkəmizdə quş xəstəlikləri ilə əlaqədar sabitlikdir və önləyici tədbirlər həyata keçirilməkdədir”.

Həmçinin oxuyun

Qəbələ və Kürdəmir “Elbrus” raket sistemi ilə vurulub

Erməni hərbi qüvvələri Qəbələ və Kürdəmir bölgələrini hədəf alıb. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan …