Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Rusiyada öldürülmüş azərbaycanlının meyiti Lənkərana gətirilib

Rusiyada öldürülmüş azərbaycanlının meyiti Lənkərana gətirilib

Dünən Virtualaz.org saytının xəbər verdiyi kimi, Rusiyanın Leninqrad vilayətinin Tosno rayonunun Yam-İjora qəsəbəsində güllələnən azərbaycanlı Lənkəran rayonunun Cil kəndindəndir.

Fevralın 3-də həmin qəsəbədə yerləşən “Arqo” kafesinin yanında saxladığı “Mercedes-Benz” markalı avtomobilində qətlə yetirilən 42 yaşlı Elçin Heydərovun əvvəllər məhkum edildiyi də məlum olub.

“Chevrolet Lacetti” markalı avtomobildə qeyd olunan ünvana gələn şəxslər “Mercedes-Benz”ə atəş açmağa başlayıblar. Daha sonra isə onlar hadisə yerindən uzaqlaşıblar. 6 güllə yarası alan Elçin Heydərov yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Rusiya hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi və qətli törətmiş şəxslərin yaxalanması istiqamətində zəruri istintaq tədbirləri görülür.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın