Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Araşdırma / Rusiyada iki azərbaycanlı həbsdən qaçdı – Hər an qətl törədə bilərlər…

Rusiyada iki azərbaycanlı həbsdən qaçdı – Hər an qətl törədə bilərlər…

Rusiyanın Mordova Respublikasının Ruzayevka şəhərində iki azərbaycanlı həbsxanadan qaçıb. Azinforum.az Lent.az-a istinadən xəbər verir ki, 23 yaşlı Aslan Cəlalov və 42 yaşlı İsmət Hüseynov konvoyun ani diqqətsizliyindən istifadə edərək, qaça biliblər.

Hazırda onlar Rusiya üzrə federal axtarışa veriliblər. Onların hər ikisi quldurluqda ittiham olunaraq məhkəmə qarşısına çıxmalıydılar.

Mordova Respublikası Daxili İşlər Nazirliyinin rəsmi məlumatında bildirilir ki, Aslan
Cəlalov və İsmət Hüseynovun üzərində pul yoxdur: “Bu isə onları yeni cinayətlər törətməyə vadar edə bilər”.

Mordova hökuməti qaçan məhkumların tutulmasına yardım göstərmələri üçün Azərbaycan diasporundan da kömək istəyib.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın