Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Rusiyada güllələnən azərbaycanlının görüntüləri yayıldı – FOTO

Rusiyada güllələnən azərbaycanlının görüntüləri yayıldı – FOTO

Azərbaycanlını keçmiş polis güllələyib.
Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən Sofiyski tərəvəz bazasında kütləvi dava zamanı 43 yaşlı Azərbaycan vətəndaşının öldürülməsinin bəzi təfərrüatları bəlli olub.
ANS PRESS-in məlumatına görə, bu barədə yerli polis xəbər verib.
Hüquq-mühafizə orqanları iyunun 20-də Sofiyski tərəvəz bazasında 100-200 nəfərin iştirakı ilə kütləvi dava düşdüyünü qeyd edib. Daha sonra Azərbaycan vətəndaşı 27 yaşlı Emil Hüseynov həmyerlisi 43 yaşlı Maarif İsmayılovu tapançadan açdığı atəşlə qətlə yetirib. Hüseynov qaçmaq istəyərkən ticarətçilər tərəfindən yaxalanıb. Hüseynov onu yaxalayanlara İsmayılovu sifarişlə öldürdüyünü bildirib. Onun sözlərinə görə, bu qətli yerinə yetirdikdən sonra ona 10 milyon rubl (238 min manat – red.) veriləcəkdi.
Qətli törətməkdə şübhəli bilinən Emil Hüseynov ticarətçilər tərəfindən döyüldüyü zaman aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Digər versiyaya görə, hadisə borc səbəbindən baş verib. Hazırda araşdırmalar davam edir. Sofiyski tərəvəz bazası polis və OMON tərəfindən mühasirəyə alınıb. Hüseynovun 2000-ci ildə Daxili İşlər Nazirliyinin universitetini bitirdiyi, daha sonra Kirov rayonunda sahə müvəkkili işlədiyi qeyd olunur. Onun 2012-ci ilədək polisdə işlədiyi bildirilir. Rusiya mətbuatında hadisənin başvermə anının görüntüləri yayılıb.
Hadisə yeri
Sofiyski tərəvəz bazası

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın