Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Rusiyada azərbaycanlı öz maşınında güllələndi – VİDEO

Rusiyada azərbaycanlı öz maşınında güllələndi – VİDEO

Rusiyanın Leninqrad vilayətinin Tosnensk rayonunda azərbaycanlı öz “Mersedes” markalı maşınında güllələnib.

Hadisə Yam-İjora qəsəbəsində, Lenin küçəsində yerləşən bir evin qarşısında baş verib. İnsidentin gecə saatlarında qeydə alındığı vurğulanır. Həmin ünvanda Qafqaz mətbəxinə məxsus bir kafenin də olduğu deyilir.

Rusiya Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, həmin kafenin qarşısına “Chevrolet Lacetti” markalı maşın gəlib, onun içərisində olan insanlar qarşı tərəfdə maşınını park etmək istəyən “Mercedes-Benz Gelandewagen” markalı maşının sürücüsünə atəş açıblar. Salonda olan 42 yaşlı E.Heydərov aldığı 6 güllə yarasından yerindəcə keçinib. 

Məlumata görə, Heydərov burada meyvə-tərəvəz alveri ilə məşğul olub. O, meyvə tərəvəzi Cənubi Qafqazdan gətirirmiş(ANS).

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın