Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / Rumıniyada tutulmuş 40 milyonluq narkotik…

Rumıniyada tutulmuş 40 milyonluq narkotik…

Mehman Muradlı: “Orada terrorçuların hazırlanmasına da şübhə etmirəm”

“Bütün bunlardan dünyanın əlaqədar qurumları nəticə çıxarmalıdır”

Azərbaycan Rumıniyada tutulan böyük həcmdə heroinin həmin ölkəyə Dağlıq Qarabağ və Ermənistan vasitəsilə aparılıb-aparılmadığını araşdırır.
Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, rəsmi Bakı dəfələrlə bəyan edib ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilər narkotik maddələrin istehsalı, tranziti və ticarəti, terrorçuların hazırlanması, silah qaçaqmalçılığı, adam oğurluğu kimi hər növ ağır cinayət əməllərinin həyata keçirilməsi üçün münbit ərazidir. “İstisna deyil ki, Rumıniyada tutulan böyük həcmli heroin də məhz işğal olunmuş ərazilər və Ermənistan vasitəsilə həmin ölkəyə aparılıb. Hazırda bu məsələ araşdırılır”, – XİN rəsmisi vurğulayıb.
Qeyd edək ki, bu günlərdə Rumıniyada dəyəri təxminən 40 milyon avro olduğu deyilən 333 kiloqram heroin tutulub. Heroinin Rumıniyaya Azərbaycan-Ermənistan-Gürcüstan-Ukrayna marşrutu ilə keçdiyi ehtimal edilir. Azərbaycan Dövlət Gömrük Komitəsi həmin heroinin Azərbaycandan keçmədiyini bildirib.
Bu fakt ermənilərin işğal altında saxladığı ərazilərdə hər növ qanunsuz əməllərlə məşğul olduğuna sübut sayıla bilərmi?
Hüquqşünas Mehman Muradlı açıqlamasında bildirdi ki, bu hadisə böyük qalmaqala səbəb olub: “Rumıniya tərəfi marşrut kimi Azərbaycanın adını çəkir. Ancaq bizim rəsmi qurumlar da bunu təkzib edir. Xarici İşlər Nazirliyinin münasibətindən isə belə anladım ki, onlar işğal olunmuş Azərbaycan ərazisindən bu transferin olduğuna işarə edirlər. Tamamilə inandırıcı versiyadır. Azərbaycan tərəfi dəfələrlə nəzarətsiz ərazilərdə baş verən və verə biləcək qanunsuzluqlardan söz açıb. Ancaq buna məhəl qoyulmayıb. Bəzi hallarda ora səfər edən əcnəbilər həmin yerlərin Azərbaycana aid olmadığını bəyan edir. Görürsünüz ki, yaxşı olmayan məsələ barəsində həmin ərazilərlə bağlı Azərbaycanın adı hallanır. Bəli, həmin yerlər bizim ərazidir, ancaq nəzarətimizdə deyil. Orada terrorçuların hazırlanmasına da şübhə etmirəm. Bütün bunlardan dünyanın əlaqədar qurumları nəticə çıxarmalıdır”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın