Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / “Rufo Gəncinski” 8 il aldı, “Ded Xasan”a görə bir neçə il də alacaq…

“Rufo Gəncinski” 8 il aldı, “Ded Xasan”a görə bir neçə il də alacaq…

Kriminal aləmdə “Rufo Gəncinski” kimi tanınan məşhur azərbaycanlı kriminal avtoritet Ülfət Tağıyev Moskva məhkəməsi tərəfindən 8 il müddətinə azadlıqdan məhrum edilib.

Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, hökmə əsasən o, cəzasını ciddi rejimli həbsxanada keçirməlidir. Lakin “Rufo Gəncinski” hələlik Moskvanın Lefortovo zindanını tərk etməyəcək. Çünki onun barəsində başqa cinayət işləri üzrə araşdırma gedir. Bura məşhur kriminal general, “Ded Xasan” ləqəbli Aslan Usoyanın qətlinin təşkil edilməsi də daxildir.

Tağıyev təcridxanada özü etiraf edib ki, “Ded Xasan”ı vuran killeri qoruyub və onun hadisə yerindən qaçmasını təşkil edib.

“Rufo Gəncinski” 2013-cü ilin sentyabrında Moskvada xüsusi təyinatlılar tərəfindən saxlanılıb. Əməliyyatçıların məlumatına görə o, məşhur azərbaycanlı kriminal avtoritet “Rövşən Lənkəranski”nin yaxın ətrafına daxildir və onun killerlər briqadasının rəhbəridir.

“Ded Xasan”ın öldürülməsinin “Rövşən Lənkəranski” tərəfindən təşkil edilməsi kriminal aləmin və əməliyyatçıın üstünlük verdiyi əsas versiyadır. “Ded” 2013-cü ilin yanvarında Moskvadakı “Köhnə Fayton” restoranından çıxarkən güllələnib.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın