Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Rövşən Lənkəranskinin tac verdiyi adam Moskvada həbs edildi

Rövşən Lənkəranskinin tac verdiyi adam Moskvada həbs edildi

Cinayətkar aləmdə daha çox “Zaur Naxçıvanski” kimi tanınan 29 yaşlı “qanuni oğru” Zaur Şipilov dünən Moskvada “Çayxana Alay bazarı” restoranında həbs edilib.

Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Z.Şipilovun üzərinə baxış keçirilərkən ondan böyük dozada heroin götürülüb.

Zaur Şipilov 2006-cı ilin aprelində Moskvada “Lotu Hikmət”lə (Hikmət Muxtarov) birlikdə güllələnən məşhur azərbaycanlı kriminal avtoritet Bayram Talıbovun oğludur.

Zaur Naxçıvanski 2013-cü ilin iyul ayında Rövşən Lənkəranskinin təşəbbüsü ilə Türkiyədə “taclandırılıb” və o “qanuni oğru” elan olunub.

Zaur Şipilov Orenburqda doğulub boya-başa çatıb. Ona görə də vətənində onun özü və “oğru titulu” haqda çox adamın geniş məlumatı yoxdur. Bundan əlavə, Zaur Naxçıvanski indiyə qədər polisin diqqətini cəlb etməməyə nail olub.

 

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın