Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Rövşən Lənkəranskinin sərvəti Lotu Quliyə qaldı

Rövşən Lənkəranskinin sərvəti Lotu Quliyə qaldı

Azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin Türkiyədə qətlindən sonra kriminal aləmdə onun sərvətinin bölüşdürülməsi uğrunda savaş başladığı barədə xəbər vermişdik. Başqa bir məlumata görə isə, hazırda Rusiyada azərbaycanlı “oğru”lar Lotu Quli ləqəbli Nadir Səlifov və Vaqif Süleymanov arasında nüfuz müharibəsi qızışıb və gözlər mübarizənin sonuna dikilib. Hüquq-mühafizə orqanları artıq bu iki klan arasında açıq-aydın silahlı toqquşma olacağından narahatdır və bunun qarşısını almaq üçün qüvvələr səfərbər olunub.

Cebhe.info Rusiya mətbuatına istinadən bildirir ki, bu ölkədə 4 azərbaycanlı kriminal klan olub. Onlar arasında Zayka ləqəbli Zaur Əliyev, qardaşları Azər və Əli fərqlənib. Bu klan “kriminal general”, Rəşad Gəncinski kimi tanınan Rəşad İsmayılova yaxınlığı ilə tanınıb. İkinci klana Rövşən Lənkəranski rəhbərlik edib. Üçüncü klanda lider Lotu Quli, dördüncüdə isə Vaqif Süleymanov olub. Dəfələrlə klanlararası mübarizə qanla sonuclanıb və tərəflərdən ölü sayının hətta onlarla olduğu deyilir. Vaqif Süleymanov silahlı dəstə saxlamayıb və problemlərin həlli zamanı əsasən “xaç atası” Ded Xasanın klanından silahlıları “borc” alıb. Ded Xasan öldürüldükdən sonra isə onun yerinə iddialı Kürd Şakro (Zaxari Kalaşov) ilə yaxınlaşıb.

2014-cü ildən etibarən yeni qruplar ortaya çıxmağa başlayıb. Zayka və onun klanına daxil olan 4 nəfər polis tərəfindən saxlanılıb. Banditizm, insan qaçırılmada ittiham olunan Zaykanın ardınca avtoritet qardaşı Azər də həbsə göndərilib. Həmin zaman təcridxanada olan Lotu Qulinin və Lənkəranskinin adamları Zaykanı qəddarcasına döyüb. Bu hadisədən sonra Lənkəranski və Lotu Quli arasında müəyyən yaxınlaşma baş verib, ancaq bu yaxınlaşma müttəfiqliyə qədər getməyib.

Zayka və Azər həbsdə olduğu müddətdə klana üçüncü qardaş olan Əli rəhbərlik edib. Ancaq klanı tərk edənlərin sayı artıb və buna təsir edən digər səbəb klanı koordinasiya edən Rəşad İsmayılovun daha çox Vaqifə yaxınlaşması olub. Rövşən Lənkəranskinin də klanı son zamanlar daim qalmaqallarda olub. Lotu Quli ilə münasibətlərin qismən normallaşmasına baxmayaraq düşmənçilik qorunub saxlanıb. Lənkəranski Vaqiflə də düşmən münasibətdə olub. Vaqif Kürd Şakronun dəstəyini alaraq əvvəllər Lənkəranskinin nəzarətində olan meyvə-tərəvəs bazalarına şərik çııxb. Bunda ona Kürd Şakronun dəstəyini alan başqa bir kriminal, “göyərti kralı” adlandırılan Cambulat Şamiloğlu da kömək edib.

“Göyərti kralını” bu ilin yazında güllələyiblər və bunun ardınca Lənkəranski qətlə yetirilib. Polis iki qətlin bir-biri ilə bağlılığına inanır.

2016-cı ilin yayında Şakro Molodoy həbs edilib. Bundan sonra Vaqifin də klanı zəifləyib. Belə bir məqamda ortaya başqa bir klan çıxıb ki, o, məhz Lənkəranskinin qətlindən sonra zəifləmiş mövqlərə nəzarəti ələ almağa çalışıb. Bir tərəfdən Bakıda həbsdə olan Lotu Quli, digər tərəfdə isə Vaqif Süleymanov və Rəşad İsmayılov arasında nüfuz müharibəsi başlayıb. Deyilənə görə, hazırda ən yaxşı silahlılar məhz Lotu Qulinin klanındadır. Vaqif və Rəşad isə daha çox biznesmenlərə çıxışların olması ilə fərqlənirlər. Bunların arasında Azərbaycandan olan binnesmenlər çoxluq təkil edir. Moskva regionunda ticarət mərkəzləri və topdansatış bazarları olan bu azərbaycanlılar daha çox Vaqif və Rəşadın “krışa”sı altındadır. Lənkəranski öldürüldükdən sonra onun sərvəti uğrunda mübarizədə Vaqif və Lotu Quli fərqlənib. Lənkəranskinin nəzarətində olan bəzi obyektlər artıq Lotu Qulinin nəzarətinə keçib. Topdansatış bazalarını isə Vaqif götürüb. Tərəflər arasındakı münaqişə Azərbaycandan olan çox sayda insanın qaçırılması və ölümü ilə nəticələnib. Bununla belə zərərçəkənlər polisə müraciət etmir.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın