Bazar ertəsi , May 20 2024
Ana səhifə / Araşdırma / Restoranlarda iftar menyuları: Ailə büdcəsinə uyğundur? – ARAŞDIRMA

Restoranlarda iftar menyuları: Ailə büdcəsinə uyğundur? – ARAŞDIRMA

Xəbər verdiyimiz kimi, bu gündən Azərbaycanda Ramazan ayı başlayıb. Oruc tutan şəxslərin bəziləri iftarı ailəsi ilə öz evində, bəziləri də restoranlarda açır. 

Bəs restoranlarda vəziyyət necə olacaq? İftar menyularının qiyməti hansı aralıqdadır?

Yenicag.az tanınmış restoranların iftar menyularını təqdim edir.

Paytaxtın müxtəlif yerlərində filialları olan Kolorit restoranında iftar menyusunun qiyməti 18 manatdır. Qiymət bir nəfər üçün nəzərdə tutulub. Menyuya şorba, salat, ana yeməklər, desertlər, meyvə, içkilər və qəlyənaltılar daxildir.

Daha çox yay aylarında insanların üz tutduğu Nar&Şərab restoranında 2 nəfərlik menyu 96 manatdır. Əgər ailəvi şəkildə getsəniz, 4 nəfərlik menyu 165 manatdır.

Tavada restoranında isə bir nəfərlik menyu 24 manatdır. Menyuya müxtəlif şorbalar, salatlar, meyvə şirələri və ana yeməklər daxildir.

Des Baku restoranında da eyni vəziyyətdir. Siz adam başına 19.90 manat ödəməklə iftarınızı müxtəlif çeşidli təamlarla aça bilərsiniz. Menyuya şorbalar, qəlyənaltılar, ana yemək, salat və şirələr daxildir.

Əgər ailənizlə birlikdə iftarınızı açmaq istəyirsinizsə, şəhərin mərkəzində yerləşən Salam Aleykum restoranında 4 nəfərlik menyu 59 manatdır. Menyuya şorbalar, kabablar, şirniyyatlar və içkilər daxildir.

Həm fərqli interyer, həm də tələbələrin ən çox üz tutduğu məkanlardan biri olan The Garden restoranında bir nəfərlik menyu 23 manatdır. Menyuya ana yemək, salat, şorba və içki daxildir.

Retro məkanları sevənlərin seçimlərində biri olan Zil Retro restoranında 4 fərqli iftar menyusu təqdim edilir. Hər menyunun qiyməti 18 manatdır. Zövqünüzə uyğun olanı seçərək iftarınızı aça bilərsiniz.

Gündəlik yeməkləri sevməyənlər Planet Sushi-yə üz tuta bilər. Buranın iftar menyusu yapon mətbəxiylə hazırlanır. 1 nəfərlik menyu 29 manatdır. Menyuya şorba, salat, suşi və müxtəlif yapon təamları daxildir.

Araşdırmalarımıza əsasən, paytaxt restoranlarında adam başı 18 manatdan 50 manata qədər ödəyərək iftarınızı aça bilərsiniz. Qeyd edək ki, daha yüksək məbləğə iftar menyusu təqdim edən restoran və otellər də var.

Həmçinin oxuyun

Naxçıvanın mer əvəzinin atası kim idi və Heydər Əliyev niyə onun komitəsini ləğv etdirdi  – Tarix təkrar olunur?

İnsan oğlu yerli hakimiyyət orqanlarına rəhbər şəxslərin seçilməsinin iki yolunu kəşf edib. Bunlardan biri xalqın …