Ana səhifə / Araşdırma / Restoranda yeyib-içən ailəni ildırım vurdu – DƏHŞƏT…

Restoranda yeyib-içən ailəni ildırım vurdu – DƏHŞƏT…

Ana həlak oldu, iki qızı və əmiləri ağır yaralandı…

Dənizkənarı restoranlardan birində yeyib-içən ailəni ildırım vurub. Faciəli olay Türkiyənin Trabzon şəhərində baş verib.
Moderator.az xəbər verir ki, bu haqda “Əl-Ərəbiyə” nəşri xəbər yayıb. Nisbətən hündür məkanda yerləşən restoranlardan birində nahar edən Səudiyyə Ərəbistanından olan Əbdüələziz əs-Suvaydın ailəsi gözlənilmədən təbii fəlakətin qurbanı olub. Ailə masa arxasında yeyib-içərkən qəflətən tufan qopub, şimşək çaxmaya başlaylıb. Və bir anda ildırım yeyib-içən ailənin düz üzərinə düşüb. Təcili yardım gəlsə də, ərəb ananın həyatını xilas edə bilməyib. Qadının iki qızı və onların əmisi ildırımdan yanıq zədələri alsalar da, sağ qalıblar.
P.S. Məlum olduğu kimi, Qurani-Kərimdə “İldırım”-“Ər-Rədd” adlı surə vardır. Həmin surənin 12-13-cü ayələrində deyilir:
“Sizə qorxu və ümid (bir tərəfdən ildırımın verəcəyi tələfatdan qorxmaq, digər tərəfdən də yağış istəmək) məqsədilə şimşək göstərən, (yağışla yüklənmiş) ağır buludları yaradan da Odur.
Göy gurultusu Onun şəninə təriflər deyir, mələklər də (Allahın) qorxusundan (Onu öyüb mədh edirlər). O, ildırımlar göndərib (kafirlər) Allah barəsində mübahisə edərkən onlarla istədiyini vurar. Allahıncəzasışiddətlidir! (Allahyenilməzqüvvətsahibidir!)”

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın