Şənbə , Noyabr 28 2020
Ana səhifə / Araşdırma / Restoranda qanlı mafiya hesablaşması – Video

Restoranda qanlı mafiya hesablaşması – Video

İstanbulda restoranda silahlı insident baş verib.

Musavat.com-un məlumatına görə, bir nəfər ölüb, iki nəfər yaralanıb.

Hadisə yerinə gələn polislərə təslim olan silahlı Mərd Saral həbs olunub. Mərd Saralın 12 il əvvəl İtaliyada öldürülən Hüseyn Saralın oğlu olduğu üzə çıxıb. Mərd Saralın silahlı basqını atasının öldürüldüyü 31.01.2005 tarixindən tam 12 il sonra, eyni gündə həyata keçirməsi diqqət çəkib.

Məlumata əsasən, 24 yaşlı M.Saral uzaq qohumu 58 yaşlı Məhməd Əli Böyüksarıoğlu ilə restoranda qarşılaşıb və silahını çaxararaq atəş açıb. Ağır yaralanan Məhməd Əli Böyüksarıoğlu xəstəxanaya aparılarkən yolda ölüb, restorana gələn iki müştəri isə yüngül yaralanıb.

Hadisə şahidi baş verənləri belə danışıb:

“Vuran şəxs hadisədən sonra su içdi, oturub siqaret yandırdı. O, silahını çıxarıb stolun üstünə qoydu və polisin gəlməyini gözlədi”.

Qeyd edək ki, Məhməd Əli Böyüksarıoğlu daha əvvəl Hüseyn Saralın yerini yeraltı dünyasının məşhurlarından olan Sədat Şahinə bildirərək onun ölümünə kömək etməkdə ittiham olunub.

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …

Bir cavab yazın