Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Araşdırma / Restoranda atışma salan şəxsin “Lexus”u tapıldı

Restoranda atışma salan şəxsin “Lexus”u tapıldı

Polis Bakının Lökbatan qəsəbəsində silahlı insident törədən Məhərrəm Əliyevin avtomobilini tapıb.

“Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, M.Əliyev hadisə yerinə “Lexus” markalı avtomobillə gedib. Hadisəni “Vinçester” markalı tüfənglə törədən M.Əliyev daha sonra gəldiyi avtomobillə də hadisə yerini tərk edib. Onun avtomobili Badamdar qəsəbəsində tapılıb. M.Əliyevin axtarışları davam etdirilir.

Qeyd edək ki, hadisə nəticəsində 6 nəfər yaralanıb. Onlardan birinin 7 yaşı var.

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …

Bir cavab yazın