Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Araşdırma / “”Reina”dakıları kafir olduqları üçün öldürdüm” – Terrorçu

“”Reina”dakıları kafir olduqları üçün öldürdüm” – Terrorçu

“Reina” terrorçusu Maşaripovun polisə verdiyi ilk ifadədə: “Oğlumla görüşə bilsəydim, İzmir və Hatay vasitəsi ilə Suriyaya qaçmağı planlaşdırırdım”, – deyib.
Polisin hər sualına cavab verən terrorçunun ifadəsinin əvvəlində əhəmiyyətli məlumatlar verdiyi ortaya çıxıb.
”Özbəkistan İslam Hərəkatının (İŞİD) içində idim. Bu hərəkat adına ictimaiyyətdə təbliğat aparmaq səlahiyyətini daşıyırdım. İŞİD-in təbliğat videolarını YouTube-a yükləyirdim. Silahdan mükəmməl istifadəni də onlardan öyrəndim”.
Daha sonra bu qrupla fikir ayrılığına düşdüm. Əfqanıstana, oradan Pakistana və son olaraq isə İrana keçdim. İŞİD ilə İranda tanış oldum. İrandan Ağrı yolundan istifadə edərək qeyri-qanuni yollarla Türkiyəyə keçdim. Həyat yoldaşım və iki uşağım yanımda idilər. Konyaya gəldim və hücum təlimatını buradaykən Rakkadakı İŞİD “əmir”indən aldım.
“Reina”dakıları kafir olduqları üçün öldürdüm. Müsəlmanların Yeni ili qeyd etməyəcəklərinə inanırdım. Hücumdan sonra oğlumu götürüb qaçmağı planlaşdırırdım. Lakin oğlumla görüşə bilmədim. Zeytinburnu, Sefaköy və Esenyurtdakı evlərdə gizləndim. Oğlumla görüşə bilsəydim, Suriyaya İzmir və Hatay vasitəsi ilə qaçmağı planlaşdırırdım. Polis ətrafımdakı çevrəni xeyli daraldınca isə küncə sıxıldım. Zeytinburnunda və Sefaköydə qaldığım yerlərdən qaçmaq məcburiyyətində qaldım. Esenyurta gəldim və evdəki qadınlardan biri ilə dini nikaha girdim. Qaçarkən yoldaşım və qızımı yanımda aparmağı düşünmürdüm, oğlumu aparmaq istəyirdim. (milli.az)

Həmçinin oxuyun

Gəncəyə atılan ballistik raketlərin növü açıqlandı – Fotolar

“ANAMA-nın məlumatına görə, Gəncəyə atılan raketlər SKAD/Elbrus əməliyyat-taktik ballistik raketidir”. “ Azinforum.az ” xəbər verir ki, …

Bir cavab yazın