Ana səhifə / Araşdırma / “Reina” terrorunu bir yox, iki nəfər törədibmiş: yeni detallar

“Reina” terrorunu bir yox, iki nəfər törədibmiş: yeni detallar

İstanbuldakı “Reina” gecə klubunda baş verən və 39 nəfərin öldürülməsi ilə nəticələnən qətliamla bağlı yeni bir iddia ortaya atılıb. 
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Reina” qətliamında ikinci bir terrorçunun da iştirak etdiyi iddiası var. İstintaq orqanı işçilərinə görə, qanlı terrorda iki İŞİD terrorçusu iştirak etmiş ola bilər.
Terrorçunun təhlükəsizlik kameralarında yer alan görüntülərində Zeytunburnunda qaldığı evdən çıxarkən əynində açıq rəngli şalvar olduğu görünür. Onun “Reina”ya atəş edərək girdiyi anda isə əynində tünd rəngli və dar şalvar var.
Yenə gecə klubunun içindəki görüntülərdə isə evdən çıxış qeydlərində olduğu kimi, terrorçunun əynində açıq rəngli və cibli bir şalvar diqqət çəkir. Terrorçunun taksiyə minərək qaçdığını göstərən və Kuruçeşme bölgəsində təhlükəsizlik kamerasına düşən görüntülərində isə onun yenə dar və tünd rəngli bir şalvarda olduğu üzə çıxır.
Doğrudur, daha öncə terrorçunun içəridə əynini dəyişdirdiyi qeyd olunmuşdu. Amma burada maraqlı bir detal da var. Terrorçunun Zeytunburnundakı evdən çıxış görüntüsü ilə “Reina”nın içindəki görüntüsü bir-birinə uyğundur. “Reina”nın girişindəki görüntü ilə Zeytunburnundan çıxış görüntülərindəki şalvar detalı isə daha bir terrorçunun öncədən içəri girdiyi şübhəsini yaradır.
Bundan başqa, “Reina” terrorunu həyata keçirən terrorçunun Taksim meydanında çəkdiyi şelfi videosunun da ilk olaraq İŞİD-in 700 nəfərlik “Telegram” kanalından yayımlandığı müəyyənləşib. Terror təşkilatının “Reina”nın içindəki digər terrorçunu gizlətmək məqsədi ilə hazırladığı bu video daha sonra təşkilat tərəfindən silinib. Buna səbəb isə polisin ikinci terrorçu şübhəsi ilə araşdırmalara başlaması idi. Təşkilat isə iz itirməyə ehtiyac duymamışdı. Terrorçuların hər ikisinin də hələ Türkiyədə olduğu iddia edilir.
“Reina” terrorundan sonra ifadə verən şahidlər də ətrafda iki terrorçunun olduğunu iddia etmişdi. Hücumdan həyat yoldaşı sayəsində yara almadan qurtulan Sinem Uyanık adlı şahid iki nəfərin silahla ətrafa atəş açdığını demişdi.
Bir başqa şahid isə içəridə sağ olan hər kəsin başına tapança ilə vurulduğunu, basqınçıların bir nəfərdən çox olduğunu, çarpaz atəş altına alındıqlarını qeyd etmişdi. Gecə klubunda çalışan bir ofisiant da ifadəsində basqınçıların iki nəfər olduqlarını və silahla havaya, insanlara atəş açdıqlarını demişdi.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın