Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / “Reina” terrorçusu son söz dedi – Edam hökmü istədi

“Reina” terrorçusu son söz dedi – Edam hökmü istədi

Yeni il gecəsi İstanbulun “Reina” klubunda terror törədən Abdulqədir Maşaripov son sözlə çıxış edib.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Maşaripov öz ifadəsində törətdiyi əməldən peşman olmadığını deyib. O, “Nəyə görə mənə “Türkiyə əleyhinə işləyir, Türkiyəyə qarşıdır” deyirlər. Mən Türkiyə dövlətinə qarşı nəsə etdiyimi düşünmürəm. Mən qisas aldım, qisas aldığımı düşünürəm”,- deyib. Bundan başqa, terrorçu onu da əlavə edib ki, “Reina”ya ölmək üçün girmişdi və barəsində edam hökmü istəyir.

Xatırladaq ki, Yeni il gecəsi törədilən terroda 39 nəfər dünyasını dəyişib, 65 nəfər yaralanıb.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın