Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / “Reina” qatilinin qiyməti — Terror üçün 150 min dollar

“Reina” qatilinin qiyməti — Terror üçün 150 min dollar

İstanbulda yeni il gecəsi “Reina” gecə klubunda 39 nəfəri qətlə yetirən terrorçu bu qətliama görə 150 min dollar mükafat almalı imiş.
Türk polisinin Silivridə (İstanbulda səmt) həyata keçirdiyi əməliyyat nəticəsində 150 min dollar ələ keçirilib. Pul terrorçuya hücumdan sonra veriləcəkmiş. Amma polisin güclü nəzarəti səbəbindən “Reina” qatilinə pul çatdırılmayıb.
Polisin qənaətinə görə, hücum İŞİD terror aktları ilə uyğun deyil və heç bir ideoloji səbəbi yoxdur. Terrorçu sırf maddi sıxıntıları olduğu üçün bu yola əl atıb.
Hücuma görə saxlanılan B.A. adlı şəxs ifadə verərək Ebu Muhammed Horasani adlı şəxs həyat yoldaşı F.A.-nı 2017-ci il 2 yanvar tarixində Esenyurt səmtindən Pendikdəki evinə gətirib. 2017-ci ilin 5 yanvar tarixində Silivridə bir ünvanda terrorçuya məxsus 150 min dollar ələ keçirilib.(Ölkə.Az)

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın