Ana səhifə / Araşdırma / Rauf Mirqədirovun məhkəməsi başladı

Rauf Mirqədirovun məhkəməsi başladı

Jurnalist Rauf Mirqədirovun bu gün saat 15-ə təyin edilmiş məhkəməsi Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə başlayıb.

“Yeni Müsavat” qəzetinin bu barədə Musavat.com-a xəbər verən əməkdaşı Cavanşir Abbaslının sözlərinə görə, məhkəməyə hakim Əlisultan Osmanov rəhbərlik edir.
Əməkdaşımızın dediyinə görə, məhkəmənin gedişini izləmək üçün məhkəmə binasının önünə ölkənin tanınmış siyasətçiləri – MSDM rəhbəri İsa Qəmbər, Müsavat başqanı Arif Hacılı, vətəndaş cəmiyyətinin nümayəndələri və ictimai fəallar toplaşıblar.
Proses açıq olsa da, məhkəməyə gələn iştirakçıların əksəriyyəti zala buraxılmayıb.
Mətbuat nümayəndələri də prosesə məhdud sayda buraxılıb.




Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın