Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Ramiz Mehdiyev ələ keçirdiyi Nəbatat bağı ilə yerindəcə tanış oldu — Gerçək məqsədi haqda ŞOK DETALLAR

Ramiz Mehdiyev ələ keçirdiyi Nəbatat bağı ilə yerindəcə tanış oldu — Gerçək məqsədi haqda ŞOK DETALLAR

AMEA-nın prezidenti Ramiz Mehdiyevin qəfil Mərkəzi Nəbatat bağında peyda olması bağın ələ keçirilməsi və biznes məqsədləri üçün istifadə edilməsi haqda informasiyalar fonunda diqqət çəkdi. AMEA rəhbərinin Mərkəzi Nəbatat bağına baş çəkməsi təbii qarşılana bilər. Ancaq Azərbaycan elminin rəhbərliyi postuna iki il öncə təyin edilən Ramiz Mehdiyevin bu müddət ərzində Nəbatat bağına gəlməməsi və məhz indi niyə gəlməsi təsadüfi deyil.

Onu bağda qarşlayan, aparılan “quruculuq-abadlıq” işləri haqqında hesabat verən şəxs bağın baş direktor vəzifəsini icra edən Natiq Allahverdiyev olub. Əslində Ramiz Mehdiyevin indiyədək Nəbatat bağına baş çəkməməsi, niyə indi gəlməsi və gerçək məqsədin nə olduğuna bu Natiq Allahverdiyevin tərcümeyi-halı, onun bağın rəhbərliyinə necə və niyə gətirilməsi üzərindən baxdıqda anlamaq çətin deyil.

Bir müddət öncə yazdığımız kimi, əsasən daşınmaz əmlak bazarı üzrə biznesmen olan Natiq Allahverdiyev keçmiş MTN-nin generalı Akif Çovdarovun əsas ortağı olub və məşhur “Zeytunluq olayı”nın da əsas qəhrəmanı idi.

Akif Çovdarovla Natiq Allahverdiyevin “Zeytunluq” adlanan ərazidə fotosunu çəkən jurnalistin döyülməsi, məsələnin Avropa institutlarına qədər gedib çıxmasının da bir nömrəli səbəbkarı o idi. “Zeytunluq” ərazisini “təmizləmək” və biznes məqsədilə yüksəkmərtəbəli binalar inşa etmək istəyən iki ortağın sonrakı taleyi məlumdur.

Akif Çovdarov bütün əməllərinə görə cinayət məsuliyyətinə cəlb olundu. Natiq Allahverdiyev də 2008-ci ildə cinayət məsuliyyətinə cəlb olunub.

Uzun müddət görünməyən Natiq Allahverdiyev Ramiz Mehdiyev AMEA prezidenti təyin olunduqdan sonra qəfil peyda oldu. Ramiz Mehdiyev yaşıllığın qənimi olan və qeyri-qanuni biznes fəaliyyəti ilə tanınmış Natiq Allahverdiyevi Azərbaycanın elm ocağında özünün iqtisadi məsələlər üzrə müşaviri təyin etdi. Natiq Allahverdiyev və bu post arasında müqayisə apardıqda Ramiz Mehdiyevin məqsədinin elm üzərindən də pul qazanmaq, Azərbaycan elmini biznes mənbəyinə çevirmək olduğu şübhəsizdir.

İqtisadi məsələlər üzrə müşavir postunda özünü Ramiz Mediyev üçün “yaxşı mənada doğruldan” Natiq Allahvediyev AMEA prezidenti tərəfindən Mərkəzi Nəbatat bağının baş direktoru vəzifəsinin icraçısı təyin edildi.

Təsəvvür etmək çətindir ki, yaşıllığın qənimi olan bu şəxsə niyə ölkənin nadir bitkilərin yetişdirilməsi mərkəzi olan Nəbatat bağına rəhbərlik etmək tapşırılıb. Qeyri-adekvat təyinat olduğu bəllidir, lakin məsələ ondan ibarətdir ki, Ramiz Mehdiyev elmə də, elə Mərkəzi Nəbatat bağına da qeyri-adekvat münasibət bəsləyir və bu baxımdan, Natiq Allahverdiyev kimi şəxsin təyinatı o qədər təəccüblü deyil.

Əldə etdiyimiz məlumatlara görə, Ramiz Mehdiyev Mərkəzi Nəbatat bağını Natiq Allehverdiyevlə birgə ələ keçirmək və orada göydələnlər inşa etmək niyyətindədir. Ərazidə yaşıllığın məhv edilməsi çoxmərtəbəli binaların tikintisi üçün “unikal” şərait yarada bilər.

ABU-nun iqtisadiyyat fakültəsini bitirən, nə elmə, nə də biologiyaya heç bir aidiyyəti olmayan, Akif Çovdarovun ortağı və paytaxtdakı yaşıllıqların məhv edilməsi kimi tanınan Natiq Allahverdiyevin Nəbatat bağının rəhbərliyinə gətirilməsinin də əsas səbəbi bu planı rahat şəkildə həyata keçirə bilməkdir.

Ramiz Mehdiyev Natiq Allahverdiyevi Nəbatat bağının baş direktor vəzifəsinin icraçısı etməklə planının birinci mərhələsini həyata keçirməyi bacarıb. İndi növbədə ikinci mərhələdir. Bağın ərazisindəki yaşıllığın məhv edilməsi və biznes təyinatlı istifadə edilməsidir.

Əslində Ramiz Mehdiyevin Mərkəzi Nəbatat bağına gəlişinin gerçək səbəbi də bağdakı “quruculuq-abadlıq” işləri, eləcə də bitkilərin yetişdirilməsi ilə tanış olmaq yox, yaşıllığın məhv edilməsi, bağın təyinatının ləğv edilməsi və ərazinin ələ keçirilməsinin yolları ilə yerində tanışlıq idi.

Natiq Allahverdiyev kimi şəxsi Mərkəzi Nəbatat bağına rəhbər təyin edən Ramiz Mehdiyevin bitkilərlə maraqlanmadığı açıq şəkildə ortadadır. Məlumatlar da təsdiqləyir ki, hazırda bağın ərazisinin ələ keçirilməsi üzərində iş aparılır. Hətta ehtimal olunur ki, yaxın vaxtlarda ərazidəki ağaclar “qurumağa” başlasın…

Davamı növbəti yazımızda…

Demokrat.az

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …