Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Ramazan ayında toy eləmək olarmı? – bir daha ənənəvi sual haqda

Ramazan ayında toy eləmək olarmı? – bir daha ənənəvi sual haqda

Artıq ikinci həftədir ki, müqəddəs Ramazan ayını yaşayırıq. Adətən Ramazan boyu müsəlmanlar oruc tutmağa, pis əməllərdən uzaq durmağa, oruc tutmasa da spirtli içki qəbul etməməyə çalışırlar. Beləliklə, mağazalarda, marketlərdə spirtli içkilərin satışı bir qədər zəifləyir.

Bu, həm də toy-nişan, yubiley və digər belə mərasimlərin keçirilməməsi ilə bağlıdır. Ramazan ayı şadlıq evləri və restoranların da fəaliyyətinə təsir göstərir. Bakıdakı bir sıra restoran və şadlıq evlərində Ramazan başa çatanadək toy mərasimləri keçirilmir. Bəzi istirahət və əyləncə mərkəzlərində isə ad günləri, yubileylər və digər əyləncəli tədbirlər iftardan sonraya salınır.

Bu da insanlar arasında daim müzakirə mövzusu olan bir sualı ortaya qoyur – Ramazanda toy etmək olarmı?

Dinşünas alimlər bildirirlər ki, Ramazan matəm ayı olmadığından toy mərasimləri keçirilə bilər, sadəcə, bəzi məqamlara diqqət etmək lazımdır. Bu il də Ramazan ayı yay aylarına təsadüf edir və iftar təxminən saat 20:14-dən sonra açılır. İftardan əvvəl isə insanları toya dəvət etmək məqbul sayılmır.

Dini ekspert Kənan Rövşənoğlu ile ilgili görsel sonucu

Dini ekspert Kənan Rövşənoğlu mövzu ilə bağlı “Yeni Müsavat”a bildirdi ki, Ramazan ayında toy etməyə icazə var:“Ramazan ayında gündüz süfrə açmamaq şərti ilə toy etmək olar. Şeyxin fətvasında da var ki, Ramazan ayında toy, nişan və digər məclislərin keçirilməsi ilə bağlı qadağa yoxdur. Yalnız ümumi qaydaya əsasən, Ramazan günlərində, yəni gündüz saatlarında süfrə açmaq bəyənilmir. Bu səbəbdən mübarək ayda bu cür məclislərin yalnız axşam saatlarında, yəni iftardan sonra təşkil olunması tövsiyə olunur. Bu şərtlər təkcə toy yox, digər məclislərə də şamil edilir. Yas və ehsan mərasimlərində də süfrənin yalnız iftar vaxtı qurulması tövsiyə olunur. Ümumiyyətlə, Ramazan ayında məclis qurarkən, ya da mərasim təşkil edərkən oruc tutanları nəzərə almaq məsləhətdir”.

 

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …