Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Araşdırma / Rail Rzayevi qətlindən 1 həftə əvvəl Hərbi Prokurorluqda dindiriblər – yeni gəlişmə

Rail Rzayevi qətlindən 1 həftə əvvəl Hərbi Prokurorluqda dindiriblər – yeni gəlişmə

Onun qətlindən sonra tutulan köməkçisi azadlıqda qalacaq
Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHQ HHMQ) qətlə yetirilən komandanı, general-leytenant Rail Rzayevin köməkçisi Aydın Rəfiyevin cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl azad edilməsinə dair prokuror tərəfindən verilən protestə baxılıb. Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarına əsasən, prokurorun protesti təmin edilməyib.
Qeyd edək ki, Qaradağ Rayon Məhkəməsində Aydın Rəfiyevin cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə ilə bağlı ərizə təmin edilmiş, Aydın Rəfiyev azadlığa çıxmışdı. İttihama görə, R.Rzayevin yavəri Anar Haşımov, köməkçisi Aydın Rəfiyev və onun oğlu Anar Rəfiyev 2009-cu il fevralın 11-də R.Rzayev qətlə yetiriləndən dərhal sonra onun iş otağına qanunsuz müdaxilə edərək oradan külli miqdarda qızıl-zinət əşyaları, xeyli sayda dərman preparatı, DVD-lər və generala məxsus seyfdən 200 min avro məbləğində pul oğurlayıblar. 2010-cu ilin noyabrında Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin qərarı ilə Aydın Rəfiyev 9, Anar Rəfiyev 7 il 6 ay, A.Həşimov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.
Onu da qeyd edək ki, R.Rzayev 2009-cu il fevralın 11-də, evinin yaxınlığında odlu silahdan açılan atəşlə qətlə yetirilib. Lakin onun qətli hələ də açılmayıb.
Generalın qızı “Yeni Müsavat”a müsahibəsində “atamı xidməti işi ilə bağlı aradan götürə bilərdilər” söyləmişdi. İllər ötsə də, generalın qətl işi bağlı qalmaqdadır. Bu baxımdan, R.Rzayevin qətlindən əvvəlki dövrdəki fəaliyyəti də maraq doğurmaya bilməz. Hərbi təyyarələrlə daşınan yüklərdən dolayı yaranmış mübahisə zəminində R.Rzayevin qətli versiyası əvvəllər də vardı. Aldığımız məlumatda deyilir ki, generalı qətlindən 1 həftə əvvəl bu məsələ ilə bağlı Hərbi Prokurorluqda aparılan araşdırmalar çərçivəsində dindiriblər. Təbii ki, müdafiə nazirinin müavini olan, ölkənin hava məkanına nəzarət edən böyük bir hərbi birləşməyə rəhbərliyi həyata keçirən generalın dindirilməsi sıradan bir iş üçün olmayıb. Belə görünür ki, onu dindirmək üçün ortada ciddi faktlar olub. Dindirmələrin, sonradan isə aparılan araşdırmaların nəticəsi haqda ictimaiyyətə hər hansı bir məlumat verilməyib. R.Rzayevin qətlindən sonra onun ölümünü istintaq edən qrupun bu məsələni araşdırıb-araşdırmadığı da bilinmir. Fakt odur ki, müdafiə nazirinin müavini olan generalın ölüm işi tozlu arxivlərdə itib-batmaqdadır.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın