Ana səhifə / Araşdırma / Rabitə Nazirliyinin keçmiş Aparat rəhbərinə yeni ittiham elan edildi

Rabitə Nazirliyinin keçmiş Aparat rəhbərinə yeni ittiham elan edildi

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalova qarşı yeni ittiham elan edilib.

APA-nın məlumatına görə, ona qarşı Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddəsi ilə ittiham olunan V. Zeynalov ötən ilin noyabrında saxlanılıb.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın