Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / “Rabitə işi”ndə bir nəfərin vəziyyəti pisləşdi – yenə mübahisə düşdü

“Rabitə işi”ndə bir nəfərin vəziyyəti pisləşdi – yenə mübahisə düşdü

Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 11 keçmiş əməkdaşının cinayət işi üzrə növbəti məhkəmə prosesi təxirə düşüb.

Musavat.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilməli olan proses təqdirləndirilən şəxslərdən Bayram Vəıiyev səhhətində yaranan problemə görə məhkəməyə gətirilməyib.

Hakim bildirib ki, təqsirləndirilən şəxslərdən biri məhkəmədə iştirak etmədiyi üçün proses təxirə salınır.

Bu qərara yalnız Məhəmməd Məmmədovun vəkil Şahin Rəfiyev etira edib. O deyib ki, vəlillər çıxış edə bilər. Bu zaman digər vəkillərlə Ş.Rəfiyev arasında mabhisə yaranıb.

Ancaq məhkəmə bu təklifi qəbul etməyib və proses iyunun 21-nə təxirə salınıb.

Qeyd edək ki, ittihama görə, nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər. Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın