Ana səhifə / Araşdırma / “Rabitə çetesi”nin məhkəməsi başlayır 

“Rabitə çetesi”nin məhkəməsi başlayır 

Yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəməyə hazırlıq iclası keçiriləcək. 
Hakim qarşısına nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, Emin Məmmədov və digər şəxslər çıxarılacaqlar.
Baş Prokurorluğun RYTN-dəki həbslərlə bağlı 2015-ci ilin noyabr ayının 13-də yaydığı rəsmi məlumata görə, nazirliyin aparat rəhbəri Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edildiyi qeyd olunur.
Image result for milli təhlükəsiz
Bildirlir ki, bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən RYTN sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində M.Məmmədov, B.Hüseynov, A.Mustafayev, C.Cəfərov, Q.Bəybalayev, S.Hümbətov, E.Məmmədov, Fətullah Seyidov, Rəşad Məmmədov, Bayram Vəliyev və Oktay Rüstəmov da saxlanılıb. Daha sonra məhkəmə onlar barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar verib.
Image result for Baş prokurorluq
Həmin şəxslər Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ittiham olunurlar. Bu rəsmi məlumat yayılmazdan 1 gün əvvəl – ötən il noyabrın 12-də prezident İlham Əliyevin sərəncamı ilə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov vəzifəsindən azad edilmişdi. Belə xəbərlər də vardı ki, MTN-də baş verənlərin ardından RYTN-dəki həbslər əsasən gizli dinləmələrlə bağlıdır. Belə ki, Eldar Mahmudov nazir vəzifəsindən çıxarıldıqdan sonra Milli Təhlükəsizlik Nazirliyindəki (MTN) sensasion həbslərin kökündə dayanan əsas məqamlardan birinin məhz ölkə rəhbərliyinə daxil olan şəxslərin qanunsuz olaraq gizli dinlənilməsi göstərilirdi. MTN-in gizli dinləmələrə məsul Monitorinq Mərkəzinin sabiq rəisi general-mayor Teymur Quliyevin saxlanılmasından sonra RYTN-də də yoxlamaların, ardından həbslərin keçiriləcəyi gözlənilən idi.
Əvvəl Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri, Eldar Mahmudovun qohumu Beytulla Hüseynov saxlanıldı. Bunun ardınca Rabitə Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalov həbs olundu. Oktyabrın 28-də isə Rabitə Nazirliyinin daha bir yüksək vəzifəli şəxsi – Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin (BƏHM) direktoru Cəlil Cəfərov saxlanıldı. Bu həbslər o anlama gəlirdi ki, MTN RYTN-dəki adamları vasitəsilə uzun illər Azərbaycanın siyasi hakimiyyət mənsublarının təkcə ölkədaxili deyil, xariclə də telefon danışıqlarını, teleqram və fakslarını nəzarətdə saxlayıb.
Image result for BTRİB
Bu həbslərdən sonra nazir Əli Abbasov Baş Prokurorluqda istintaqa çağırıldı, işdən çıxarılıdı. Belə aydın oldu ki, Ə.Abbasov istintaqa çağırılanda və ondan hesab sorulanda nazirlikdə baş verənlərə nəzarəti itirdiyini söyləyib. Günahı işçilərinin üzərinə atıb, əsasən Aparat rəhbəri Vidadi Zeynalovun adını çəkib. Bu faktlar üzə çıxdıqdan sonra prezident 2004-cü ildən görəv verdiyi nazirin bu işləri bilib gizlətməsini xəyanət kimi dəyərləndirib və işdən azad olunması barədə qərar verib. Prezident İlham Əliyev rabitə nazirini işdən qovduqdan sonra Nazirlər Kabinetinin 2015-ci ilin yekunları ilə bağlı müşavirəsində bəyan etdi ki, RYTN-də həyata keçirilmiş qanunsuzluqlar sıradan bir cinayət hadisəsi yox, ağır cinayətdir, dövlətə xəyanətdir.
Sitat: “Yoxlamalar göstərir ki, bu vəsaitdən vicdansızlıqla istifadə olunub. Burada israfçılıqdan söhbət getmir, burada böyük cinayətdən söhbət gedir. İndi prokurorluq ciddi məşğuldur. Bir malın qiyməti bir neçə dəfə şişirdilir – 3 dəfə, 4 dəfə. Bu, cinayətdir, vicdansızlıqdır, dövlətə xəyanətdir”.
Image result for Vidadi Zeynalov
İşdən qovulmuş Əli Abbasovu bu çıxışdan sonra YAP-dan da çıxardılar. Prezident Əli Abbasovu işdən qovduqdan sonra RYTN-də baş verənlər haqda danışması və çox sərt ifadələr işlətməsi sabiq nazir üçün həbsxanaya yolunun görünməsi kimi qiymətləndirilmişdi. Çünki prezidentin “dövlətə xəyanət” hesab etdiyi yeyinti və korrupsiya faktları 11 il nazir işləmiş Ə.Abbasovun nəzarətindən kənar baş verə bilməzdi. Amma gözlənilənlər baş vermədi, Əli Abbasovu təqsirləndirilən şəxs olaraq istintaqa cəlb etmədilər. Göründüyü kimi, onun adı “Rabitəçilərin işi” üzrə məhkəməyə göndərilən ittiham aktında yoxdur. Bu heç də o demək deyil ki, Ə.Abbasov tamamilə qurtulub. Məhkəmə zamanı vaxtilə tabeçiliyində olmuş şəxslərin ifşaedici ifadələri Əli Abbasovun məhkəmə zalında həbsi üçün yetərli ola bilər. Məsələn, RYTN-in sabiq Aparat rəhbəri Vidadi Zeynalov dəfələrlə vəkili vasitəsilə nazir olmadığını bəyan etməklə suç ortağının kimliyini ortaya qoyub.
“Yeni Müsavat”ın 23 avqust 2016-cı il tarixli sayında dərc olunan “Vidadi Zeynalova yeni ittiham verildi – aparat rəhbərinin vəziyyəti ağırlaşdırılır”
sərlövhəli yazıda V.Zeynalov vəkili vasitəsilə birbaşa Əli Abbasovun qollarını qandallamağa əsas verən fikirlərini ictimiyyətə çatdırmışdı.
Image result for Əli Abbasov
Həmin yazıdan sitat: “Vidadi Zeynalov ittihamlar üzrə günahsızdır. Maddi məsul şəxs deyil. Verilmiş ittihamların subyekti Vidadi Zeynalov ola bilməz. Vidadi Zeynalov nazir, nazir müavini olmayıb, bu baxımdan da Vidadi Zeynalov ittihamları qəbul etmir. Vidadi Zeynalova qarşı yeni ittiham Cinayət Məcəlləsinin 313-cü – vəzifə saxtakarlığı maddəsi ilə irəli sürülüb. Vidadi Zeynalov həbs edilən gündən bu günə qədər irəli sürülən ittihamlar tam şəkildə əsassızdır. Vidadi Zeynalov deyir ki, fəaliyyətində heç vaxt qanunsuzluqlara yol verməyib. O, verilən tapşırıqların icraçısı olub. Vidadi Zeynalov maddi məsul şəxs olmamaqla yanaşı, sərəncam vermək hüququna malik olmayan şəxsdir. Bu məsələlərin Vidadi Zeynalova aidiyyəti yoxdur”.
V.Zeynalovun vəkili vasitəsi ilə sərgilədiyi mövqeni məhkəmə araşdırmaları zamanı da ortaya qoyacağı təqdirdə son illər ərzində Azərbaycanda həbs edilən nazirlərin biri də arta bilər. Yaxın günlərdə “Rabitəçilərin işi” üzrə başlanacaq məhkəmə prosesi Əli Abbasova yaxşı heç nə vəd etmir.  (musavat.com)

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın