Ana səhifə / Araşdırma / “Rabitə işi”ndə tutulanlar vurduqları ziyanı ödəyir – 43 milyonluq zərər var

“Rabitə işi”ndə tutulanlar vurduqları ziyanı ödəyir – 43 milyonluq zərər var

Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 11 keçmiş əməkdaşının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda ötən prosesdə vaxt istəyən zərərçəkmiş şəxs qismində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi çıxış edib.

Nümayəndə  təqsirləndirilən şəxslərdən dəymiş ziyanı ödəyənlərin olduğunu bildirdi.

Nazirlik nümayəndəsi ödəmələrin hələ ki, tam olmadığını və bu səbəbdən də məhkəmənin təxirə salınmasını xahiş edib:

“Ödəmələr tam başa çatmadığından bizim mövqeyimiz konkret deyil. Xahiş edirik ödəmələr bitənə qədər iclas təxirə salınsın “.

Hakim Ə.Hacıyev isə söyləyib ki, təqsirləndirilən şəxslərin dəymiş zərəri ödəməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməyiblər.

Məhkəmə prosesi iyunun 2-nə təxirə salınıb.

Qeyd edək ki, ittihama görə, nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər. Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın