Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Araşdırma / “Rabitə işi”ndə şahidin ürəyi getdi – Məhkəmədə

“Rabitə işi”ndə şahidin ürəyi getdi – Məhkəmədə

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov və digər yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.

İlk olaraq ifadə verən Fərzəli Fərzəliyev qovşağa lazım olan materialların alınmasına imza atsa da, özü bunda iştirak etməyib. V.Zeynalovun vəkilləri şahidin ifadəsində ziddiyyət olduğunu deyib və ibtidai istintaqa verdiyi ifadəsinin elan olunmasını istəyiblər.

Bu zaman F.Fərzəliyev huşunu itirərək özündən gedib. Prosesdə fasilə elan olunub, daha sonra isə o, zaldan çıxarılıb.

Təqsirləndirilən Məhəmməd Məmmədov həmin şəxsin fəhlə olduğunu, heç vaxt polis, prokuror görmədiyinə görə indi həyəcanlandığını deyib.

Şirvan qovşağının baş mühasibi Əkbər Əsgərov bildirib ki, “Aztelekom”dan ayrılan pulların 90 faizi geri qaytarılıb. O bildirib ki, bu illər ərzində qovşağa cəmi 12,4 milyon manat ayrılıb: “Həmin pulun 10 faizini götürüb, qalanını Oktay Rüstəmova şəxsən vermişəm”.

O.Rüstəmov şahiddən səmimi olmasın istəyib, V.Zeynalov isə “pulların 90 faizi qaytarılırdısa, bina dəfələrlə nə ilə təmir edilib?”, – deyib.

Təqsirləndirilən Namazalı Məmmədovun vəkili müvəkillinin qardaşının vəfat etdiyini, onun dəfndə iştirakına icazə verilməsini istəyib. Hakim bununla bağlı Ədliyyə Nazirliyinə müraciət etməli olduqlarını deyib. Biznesmen Yaşar Əliyev “Aztelekom”un sifarişi ilə tikinti işləri gördüklərini, ayrılan pulun 35 faizini Oktay Rüstəmova verdiyini deyib. O.Rüstəmov isə onu yalan danışmaqda ittiham edib.

Sabirabad qovşağının rəisi Yaşar Babayev də ayrılan pulların bir hissəsinin geri qaytarıldığını bildirib.

“Aztelekom”un Maliyyə Şöbəsinin rəisi Faiq Cəfərov məhkəmədə bildirib ki, Namazalı Məmmədovun gördüyü işlərdə problem olub, yoxlama zamanı qiymətlərin şişirdildiyi məlum olub. F.Cəfərov isə istintaqa N.Məmmədovla şişirdilmiş qiymətlərə görə müqavilənin dayandırıldığını və onun hansısa güclü arxası vasitəsilə müqavilənin yenidən bağlandığını deyib.

Məhkəmə prosesi yanvarın 18-də davam etdiriləcək.

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …

Bir cavab yazın