Cümə , Noyabr 27 2020
Ana səhifə / Araşdırma / “Rabitə işi” başa çatdı: azadlığa buraxılanlar və cəza alanlar – SİYAHI + FOTOLAR

“Rabitə işi” başa çatdı: azadlığa buraxılanlar və cəza alanlar – SİYAHI + FOTOLAR

Bakı Telefon Rabitə İstehsalat Birliyinin (BTRİB) sabiq baş mühasibi Anar Mustafayev 5 il müddətinə azadlıqdan məhrum edilib.

“Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov 11 il müddətinə azadlıqdan məhrum edilib.

“Azərpoçt”un sabiq baş direktoru Qəmbər Bəybalayev 3 il müddətinə azadlıqdan məhrum edilib.

“Rabitə Mülki Tikinti” MMC-nin direktoru Emin Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.

“AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərova 5 il 5 ay müddətinə şərti cəza təyin edilib və məhkəmə zalından azadlığa buraxılıb.

“Aztelekom”un sabiq baş direktoru Məhəmməd Məmmədov 5 il 3 ay azadlıqdan məhrum edilib. Şərti cəza təyin edilərək azadlığa buraxılıb.

“Təmir-Təchizat Servis” MMC-nin direktoru Bayram Vəliyev 5 il 5 ay azadlıqdan məhrum edilib. Şərti cəza təyin edilməklə məhkəmə zalından azadlıqdan məhrum edilib.

“Aztelekom”un sabiq baş mühasibi Oqtay Rüstəmov 5 il 6 ay cəza təyin edilib. Şərti cəza təyin edilib və məhkəmə zalından azadlığa buraxılıb.

“Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov 5 il 6 ay cəza təyin edilib. Şərti cəza təyin edilməklə məhkəmə zalından azadlığa buraxılıb.

 

Həmçinin oxuyun

“NAXÇIVAN DƏHLİZİ”nə HANSI TƏHLÜKƏLƏR VAR? –TƏHLİL

Professor Kürşad Zorlu “Habertürk”, Türkiyə, 21 noyabr 2020-ci il Qarabağla bağlı əldə edilən anlaşmanın mətni …

Bir cavab yazın