Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / “Rəşad Məmmədov dövlətə 255 min ziyan vurub” – Məhkəmədən

“Rəşad Məmmədov dövlətə 255 min ziyan vurub” – Məhkəmədən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov və onunla birgə ittiham olunan İsfəndiyar İsfəndiyarov, Arzu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az-ın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi keçirilən prosesdə Arzu Məmmədov proses iştirakçılarının suallarını cavablandırıb. Bildirib ki, istintaq zamanı bir neçə dəfə ifadə verib. “Mən İsfəndiyarın sözüylə Zabillə görüşmüşəm”.

Hakim Əlövsət Abbasov isə dələduzluq ittihamı üzrə özünü təqsirli bilib-bilməsini soruşub. O özünü təqsirli bildiyini deyib.

Prosesdə Bulvar İdarəsinin nümayəndəsi Hüseyn Əzimov şahid ifadə verib. O, bildirib ki, R. Məmmədov tərəfindən dövlətə 254 min 676 manat ziyan vurulub və həmin məbləğ mayın 19 da ödənilib. O hər hansı tələblərinin olmadığını deyib.
Məhkəmə prosesi ayın 14-də davam edəcək.

Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisi R.Məmmədov və onunla birgə ittiham olunan İ.İsfəndiyarov, A.Məmmədov keçən il may ayında həbs edilib. Dələduzluqda təqsirləndirilən şəxslər barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra həbs-qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.
Bu il mart ayının 4-də Səbail Rayon Məhkəməsi A.Məmmədov barəsində seçilmiş həbs-qətimkan tədbirini dəyişdirib və o, ev dustaqlığına buraxılıb.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın