Çərşənbə , May 25 2022
Ana səhifə / Araşdırma / Rəşid Mahmudov “xanımının ölümü” ilə bağlı ad çəkdi, polisə MÜRACİƏT ETDİ

Rəşid Mahmudov “xanımının ölümü” ilə bağlı ad çəkdi, polisə MÜRACİƏT ETDİ

Sosial şəbəkələrdə tanınmış həkim, Azərbaycan Tibb Universitetinin dosenti  Rəşid Mahmudovun həyat yoldaşının vəfat etməsi ilə bağlı məlumat yayılıb. Məlumatla birgə Rəşid Mahmudovun xanımı olduğu iddia edilən qadının fotosu da ictimailəşdirilib. Daha sonra məlum olub ki, fotodakı xanım R.Mahmudovun həyat yoldaşı deyil.

Bəs bu məlumatı yayan kimdir, onun məqsədi nədir?

Məsələ ilə bağlı Modern.az-a danışan Rəşid Mahmudov bildirib ki, həyat yoldaşının səhhəti çox yaxşıdır:

“Yayılmış məlumat həqiqətə uyğun deyil, yoldaşım sağlamdır və evdə oturub. Şəkillərin hansı məqsədlə yayılmasını bilmirəm. Ancaq şəkillər bilərəkdən və qəsdən yayılır. Şəkildəki isə mənim həyat yoldaşım deyil. Mənlə şəkil çəkdirən o qədər insan var ki, şəkildəki xanım da onlardan biridir. Dəfələrlə həmin şəxs haqqımda başqa məlumatlar da yayıb. Mənim öldüyümü, oğlumun infarkt keçirdiyini, gözümün birini itirdiyimi yazıb yayıblar. Haqqımda yalan-yanlış məlumat yayan şəxs Füzuli rayonunun Bala Bəhmənli kəndindəndir. Həmin şəxs Abdullayev Tural Mirağa oğludur”.

Professor sayt vasitəsilə hüquq-mühafizə orqanlarına müraciət edib:

“Sizin vasitənizlə hüquq-mühafizə orqanlarına müraciət edirəm ki, həmin şəxs tapılsın. Haqqımda nə üçün yalan məlumatlar yaydığı araşdırılsın”.

Həmçinin oxuyun

“Qanuni oğru”ların bakılı anası: Gizli kazinolar, almaz alveri… – FOTOLAR

O, iki “qanuni oğru”nun arvadı olmuşdu. Əslində, onun özü də oğru aləminin ən yüksək titulunu …