Cümə axşamı , Oktyabr 1 2020
Ana səhifə / Araşdırma / Rəşad Atakişiyevin nəşi tapıldı

Rəşad Atakişiyevin nəşi tapıldı

İyulun 24-də qəzaya uğramış Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin itkin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi tapılıb.

“ Azinforum.az ” xəbər verir ki, bu barədə Modern.az saytına pilotun qayınatası Qabil Hüseynli məlumat verib. 

Bu gün Rəşad Atakişiyevin nəşi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində ekzpertizadan keçiriləcək. 

Sabah saat 9-da isə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində vida mərasimi təşkil olunacaq. 

Mərhumun sabah dəfn olunması planlaşdırılır. R.Atakişiyevin cənazəsi II Fəxri Xiyabanda dəfn olunacaq.

Həmçinin oxuyun

Məmur övladlarının milyonluq maşın kolleksiyası (FOTOLAR)

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) yerli və mərkəzi icra hakimiyyətlərində keçirdiyi xüsusi əməliyyatlardan sonra yüksək vəzifəli …