Bazar ertəsi , Avqust 19 2019
Ana səhifə / Araşdırma / Rəqsanənin eks-sevgilisinə hökm oxundu

Rəqsanənin eks-sevgilisinə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Baş Dövlət Yol Polisi İdarəsinin keçmiş əməkdaşı Fərid Azayev, qardaşı Faiq Azayev, Vüsal Babayev və Sona Kərimovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Faiq Qəniyevin icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə Fərid Azayev 10 il 6 ay, Vüsal Babayev 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

Zamində olan Faiq Azayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs edilib. Sona Kərimova isə 2700 manat cərimələnib.

Qeyd edək ki, 2014-cü il dekabrın 22-nə keçən gecə saat 03:00 radələrində Fərid Azayev bir qrup şəxslə cinayət işi üzrə zərərçəkmiş kimi tanınan Sevinc Məmmədovanı və Şəfəq Beydullayevanı oğurlayaraq onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə ittiham olunur.

Xatırladaq ki, mətbuatda dəfələrlə Faiq Azayevlə müğənni Rəqsanə İsmayılovanın əvvəllər sevgili olduğu yazılıb.

 

Həmçinin oxuyun

Mirşahin Gəncə hadisələrində tutulanlar haqda faktları açıqladı – Video

Real TV-nin rəhbəri Mirşahin Ağayev Gəncə hadisələri ilə bağlı saxlanılan şəxslər barəsində bir sıra məlumatları …

Bir cavab yazın