Ana səhifə / Araşdırma / Rəisin özünü asmasının şok təfərrüatları – Üç məktub…

Rəisin özünü asmasının şok təfərrüatları – Üç məktub…

Dünən Biləsuvarda özünü asan Biləsuvar Telekommunikasiya Qovşağının rəisi Ağayev İlkin Mirilham oğlunun intiharının təfərrüatları bəlli olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rəisin özünü asmasında bir sıra ilginc məqamlar var.

Həmin məlumatlara görə, rəis 35 yaşının tamam olduğu gün-doğum günündə canına qıyıb.

Belə ki, İlkin Ağayev qeyri-iş günündə işlədiyi idarəyə gələrək qarovulçudan açarları alıb. Vacib bir işinin olduğunu bildirən rəis içəri daxil olub və bir müddət sonra intihar edib.

Gecəyə qədər gözləyən qarovulçu rəisdən xəbər çıxmayınca işçilərə xəbər verib. Bundan sonra qapını sındıraraq içəri daxil olan işçilər rəislərinin içəridə asılmış vəziyyətdə olan meyitini aşkarlayıblar.

Ailəyə yaxın şəxslər “Qafqazinfo”ya bildiriblər ki, rəis intihardan əvvəl 3 məktub yazıb. Onlardan birini qardaşına ünvanlayıb və 3 övladını qardaşına əmanət edərək, onların qayğısına qalmağı xahiş edib.

İkinci məktub isə Rayon Prokurorluğuna yazılıb. Belə ki, rəis ölümündə heç kəsin günahkar olmadığını qeyd edib.

Məlumatlara görə, bu məktublardan daha əvvəl yazdığı məktubunu isə rəis parçalayaraq zibil qabına atıb. İlkin Ağayevin ölümünün əsl səbəbinin də məhz o cırılmış məktubda əks olunduğu deyilir.

Hazırda rayon prokurorluğunun əməkdaşları və ekspertlər həmin məktubun hissələrini birləşdirərək oxumağa cəhd edirlər. Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Bildirək ki, rayonda yüksək vəzifə tutan bu şəxsin özünü asmasında böyük müəmmalar yer alıb. Məhz dünən meyit yarılmaq üçün də digər rayona-Cəlilabada aparılıb.

Başqa məlumatlarda 2 ay əvvəl bu vəzifəyə təyin olunan İlkin Ağayevin 10 min manata qədər borcunun olduğu da deyilir.

Xəbər verdiyimiz kimi, İlkin Ağayev və onun ailə üzvləri Biləsuvarda tanınmış və ciddi bir ailənin nümayəndələridir. Mərhumun heç kimlə probleminin olmadığı bidirilir. İlkin Ağayev Biləsuvarın məşhur seyidi Sənayenin nəvəsidi.

Bu hadisəni bütün rayon əhalisi şok kimi qarşılayıb. Redaksiyamıza intiharla bağlı bir-birindən ilginc xəbərlər daxil olmaqdadır. Onların səhihliyini yoxladıqdan sonra oxucuların diqqətinə çatdıracağıq.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın